Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Osman Gündüz internetin bahalaşmasına etiraz etdi

Tarix: 18-07-2024 18:15     Baxış: 3115 A- / A+
Osman Gündüz internetin bahalaşmasına ETİRAZ ETDİ

"Aztelekom" və "Baktelekom" şirkətləri açıqlamaya yaıblar ki, internetin qiymətini 40% qaldıracaqlar. Qiymətlər minimum 25 manatdan başlayacaq. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək.
Yeni tariflər 15 avqust 2024-cü il tarixindən qüvvəyə minəcək.


Manevr.az-ın məlumatına görə, internetin bahalaşmasına münasibət bildirən informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz bu addımı pisləyib.

“Baxıram ki, “Aztelekom” tarana gedir. Açıqlayıblar ki, “dövlət provayderi də olsaq, qiymətləri 40% qaldıracağıq”. Gətirdikləri arqumentlər də məntiqsizdir və heç bir dataya söykənmir.
“Aztelekom”un tarana getməsi öncə onun göstəricisidir ki, hələlik ölkədə telekommunikasiya sektorunda müstəqil tənzimləyici qurum yoxdur. Sektorda istehlakçıların hüququnu qorumalı olan da İnformasiya-Kommunikasiya Texnologiyaları Agentliyidir. O da müstəqil deyil.
“Aztelekom” da nə RİNN tabeliyində olan İKTA-dan çəkinir, nə də “Antiinhisar”dan. “Antiinhisar”la da məhz bu tip məsələlərlə bağlı məhkəmə çəkişməsindədir”.

Osman Gündüz deyib ki, yenicə magistral (backbone) statusu qazanan “Aztelekom”un hər bir müştəriyə minimal 100Mbit/s sürət təqdim etmək, keyfiyyətli servis qurmaq üçün heç bir texniki-texnoloji imkanı yoxdur.
“Öncə gərək müvafiq qurumlar monitorinq aparıb “Aztelekom”un elan etdiyi parametrlərə uyğun texnoliji imkanlarının olmasını müəyyən etsin.
Əminliklə deyirəm ki, “Aztelekom”da nəinki hər userə 100Mb/s, heç 40 Mb/s vermək üçün texniki-texnoloji imkan yoxdur.
Açıqlasın görək “Aztelekom” hazırda nə qədər trafik alır və nə qədər satır?
Müştərilərin sayı və tələbatı nə qədərdir?
Dövlət qurumu üçün bu məlumatlar açıq olmalıdır. Lakin “Aztelekom” bunu qapalı saxlayır. Çünki bilir ki, aldığı ilə satdığı arasında dağ boyda fərq var”.

Osman Gündüzün sözlərinə görə, “Aztelekom” güman ki, müqavilədə nəzərdə tutulanı deyil - aşağı sürətləri təqdim edəcək, sadə vətəndaşların isə bundan xəbəri olmayacaq:

“Sadə vətəndaşlara qarşı sadəcə "çəkidə oğurlamaq" prinsipi tətbiq ediləcək.
Bununla o uzağa gedə biləcəkmi?
Bu da asılı olacaq İKTA və “Antiinhisar”ın yanaşmasından, həmçinin ictimai nəzarətin gücündən".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar