Xəbər lenti
Rusiyada kişi aliment ödəməmək üçün ağlasığmaz əmələ əl atdı
Rusiyanın Tümen şəhərinin sakini aliment ödəməmək üçün hər il ad, soyad və atasının adını dəyişib.Bu barədə 72.RU portalına Aliment Ödənişlərinin Alınması üzrə Məhkəmə İcraçıları Şöbəsinin müdiri Roman Korenev məlumat verib.
Onun sözlərinə görə, kişi ildə bir dəfə tamamilə yeni soyad, ad və ata adı götürərək, alimentlər üzrə məsuliyyətdən yayınmağa çalışıb, daha sonra isə köhnə adına qayıdıb və bu proseduru təkrarlayıb.
Adı açıqlanmayan kişinin icraçılardan nə qədər müddət gizləndiyi barədə məlumat yoxdur, bununla belə, onun səyləri boşa çıxıb.
"Vətəndaşlıq Qeydiyyatı İdarəsi ad dəyişikliyi zamanı bu barədə məlumatı məhkəmə icraçılarına ötürür, buna görə də borclunun bu yolla aliment ödəməkdən yayınması mümkün deyil", - deyə məlumatda bildirilir. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























