Xəbər lenti
Ermənilər təşvişdə: O azərbaycanlılar İrəvana qayıtsa...
Manevr.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı Globalinfo.az-a açıqlamasında Baş nazir Nikol Paşinyanın əslində ermənilərin Qarabağa qayıdışının əleyhinə olduğunu bildirib.
"Birincisi, ermənilərin Qarabağa qayıdışı azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını da şərtləndirəcək. Əgər İrəvan Bakıdan bunu tələb edərsə, adekvat tələblə üzləşəcək və bunu etməyə məcbur olacaq. Ermənistan isə azərbaycanlıların qayıdışını istəmir.
İkincisi, ermənilər qayıdarsa, Azərbaycan vətəndaşlığı altında yaşayacaqlar. Onların isə artıq Azərbaycan sərhədləri daxilində separatizm ocağı yaratmaq imkanları yoxdur. Çünki Bakı bu vəziyyəti daha əvvəl yaşayıb, təcrübəsi var. Həmçinin, Qarabağa qayıda biləcək ermənilərin sayı çox az olacaq. İşğal dövründə köçən ermənilərin daha belə bir haqqı yoxdur. Sadəcə əvvəllər Azərbaycan SSR-də yaşayanlar və onların nəsillərindən olanlar geri qayıtmaq hüququna malik ola bilərlər. Lakin həmin şəxslərin də sayı çox deyil. Qərbi azərbaycanlıların sayı isə 300 mindən çoxdur, bəlkə də bir milyona yaxındır. Onların geri qayıtması Ermənistan daxilində güclü Azərbaycan icmasının olması deməkdir. Bu, təbii ki, Azərbaycanın təsir imkanlarını artıracaq. Nikol Paşinyan hakimiyyəti isə bunu istəmir”, - A.Nərimanlı qeyd edib.
Siyasi şərhçinin sözlərinə görə, eyni yanaşmanı Zəngəzur dəhlizinə də aid etmək mümkündür:
“Bu baxımdan, rəsmi İrəvanın ermənilərin Qarabağa qayıdışına imkan verəcəyi inandırıcı deyil. Məsələ ilə bağlı yayılan informasiyalar medianın tirajına hesablanmış ola bilər. Ermənistanın məsələni Azərbaycana qarşı təzyiq aləti kimi də daim gündəmdə saxlama çalışma ehtimalı da var”.
Xatırladaq ki, bir qədər əvvəl Qarabağdakı keçmiş separatçı rejimin təhlükəsizlik şurasının katibi olmuş Samvel Babayan ermənilərin qayıdışı ilə bağlı açıqlama vermişdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar