Sizin Reklam Burada
Xəbər lenti
26-07-2024
25-07-2024
BÜTÜN XƏBƏRLƏR

Füzulidə daha bir kütləvi məzarlığın olduğu ehtimal edilir

Tarix: 17-09-2023 15:28     Baxış: 4172 A- / A+

"Füzulidə mina ilə çirkləndirilmiş bir ərazi var ki, orada kütləvi məzarlığın olduğunu ehtimal edirik".

Bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.

"Lakin mina təhlükəsi bizə imkan vermir", deyə o, əlavə edib.

Həbib Mikayıllı bildirib ki, bu günə qədər ümumilikdə 10 kütləvi məzarlıq aşkar olunub və proses davam etdirilir: "Ehtimal olunan qəbir yerlərinin tapılması istiqamətində bizə mina təhlükəsi çox mane olur".

Sektor müdiri qalıqların eyniləşdirilməsi məsələsinə də toxunub: "Qalıqların eyniləşdirilməsi nəticəsində 15 şəxsin taleyi məlum olub. Bu, çox ciddi məsələdir. Bu, bir daha sübut edir ki, Azərbaycanın suverenliyi uğrunda addım atan heç kəs unudulmur".

"Ermənistanın hərbi cinayət törətmiş hərbçilərində kütləvi məzarlıqların koordinatları var. Lakin təəssüf ki, Ermənistan bu mövzuda da qeyri-konstruktiv addımlar atır, koordinatları Azərbaycan tərəfinə vermir", deyə PA rəsmisi bildirib.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar