Xəbər lenti
Bəhram Rəcəbzadə: “Kuruluş Osman” və “Survivor”da iştirak etmək üçün təkliflər olub” - VİDEO
"Döyüşlərim olduğu üçün təklifləri qəbul etmirəm".
Manevr.az bildirir ki, bunu "İdman Bizdə"nin qonağı olan Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə deyib.
32 yaşlı idmançı Türkiyənin məşhur tarixi serialı "Kuruluş Osman" və bu ölkənin tanınmış jurnalisti Acun Ilıcalının məşhur yarışma layihəsi "Survivor"da iştirak üçün təkliflər alıb. O, bu təklifləri qəbul etməməsinin səbəblərini açıqlayıb: "Döyüşlərim olduğu üçün bundan imtina etdim. 3 gün əvvəl yenidən "Survivor"da iştirak etmək üçün zəng gəldi. Düşünəcəyimi söylədim. Amma belə bir fikrim yoxdur. Filmlər, seriallar, yarışma proqramlarından təkliflər çox gəlib".
Rəcəbzadə bildirib ki, istəyi "Glory"də kəməri qazanmaqdır: "İlk istəyim sadəcə budur. Bu kəmər ya Braziliyada qalıb, ya da Avropada. Türk ölkələrində heç vaxt onu qazanan olmayıb. İstəyirəm ki, ilk dəfə o tarixi mən yazım. Kəməri qazanıb, qoruduqdan sonra döyüşlərimin sayı da azalacaq. Ondan sonra mənə gələn televiziya seriallarına və yarışma proqramlarına aid dəvətləri dəyərləndirəcəyəm".
Qeyd edək ki, daha əvvəl kikboksçularımızdan Zabit Səmədov "Kuruluş Osman" serialında, Pərviz Abdullayev "Survivor" proqramında iştirak edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar