Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

İyulda itkin düşənlərin meyitləri minalanmış ərazidən niyə çıxarılmır? - DİN-dən açıqlama

Tarix: 28-09-2021 15:11     Baxış: 4174 A- / A+
İyulda itkin düşənlərin meyitləri minalanmış ərazidən niyə çıxarılmır? - DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Göygöl rayonu ərazisində minaya düşərək həlak olduqları məlum olan 11 və 21 yaşlı Daşkəsən sakinlərinin meyitlərinin minalanmış ərazidən götürülməsinin yubanması ilə bağlı məsələyə aydınlıq gətirilib.


Manevr.az
-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın sorğusuna cavab olaraq bildirib ki, sözügedən şəxslərə aid sübutlar aşkar edilən gündən polis əməkdaşları əraziyə ezam olunublar. Bir neçə gündür ərazidə hava şəraitinin əlverişsiz olması işlərin aparılmasına problem yaradıb: "Artıq günlərdir ki, ərazini qatı qar örtüb. Buna görə də Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşları ərazidə təmizləmə işləri apara bilməyib".

DİN rəsmisi qeyd edib ki, qarla örtülmüş ərazini təmizləməklə bağlı istehkam qrupunun göndərilməsi üçün Müdafiə Nazirliyinə müraciət edilib:

"Təmizləmə işləri aparıldıqdan dərhal sonra polis və prokurorluq əməkdaşları həmin yerə daxil olaraq cəsədləri götürüb aidiyyəti üzrə təhvil verəcəklər".

Qeyd edək ki, Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri İsmət Bayramov və Ülfət Rüstəmov iyulun 30-da at gətirmək adı ilə kənd ərazisindəki otlaq sahəsinə gedib, bir daha geri qayıtmayıblar. Rayon Polis Şöbəsi və Müdafiə Nazirliyi əməkdaşlarının axtarışları nəticəsində sentyabrın 24-də Göygöl rayonunda minalanmış ərazidə itkin düşən şəxslərə aid gödəkcə, ayaqqabı və atın sümükləri aşkar edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar