Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib

Tarix: 12-06-2021 09:11     Baxış: 3174 A- / A+
Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib

Rusiyanın aparıcı hava yolları şirkəti Azərbaycanın dövlət orqanını məhkəməyə verib. Məhkəmə çəkişməsi Bakıda keçiriləcək.

Manevr.az xəbər verir ki, “Aeroflot-Rossiyskie avialinii” səhmdar cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldırıb. Şirkət hesablanan verginin əsassız olduğunu hesab edir. İddia ərizəsində də bunun ləğvi tələb kimi göstərilib.

Bu barədə bizimyol.info-ya məlumat verən mənbə bildirib ki, Rusiya hava yolları şirkətinin Azərbaycanın vergi xidmətinə qarşı məhkəmə iddiasına Bakı İnzibati Məhkəməsində hakim Orxan Həsənov baxacaq.

Məlumatı “Aeroflot”un Bakı nümayəndəliyindən də təsdiqləyiblər. Bildirilib ki, artıq məhkəmənin vaxtı da məlumdur: “Məsələ ilə hüquqşünaslar məşğuldur. Bildiyimizə görə, məhkəmənin hazırlıq iclasının vaxtı da bəllidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar