Sizin Reklam Burada
Xəbər lenti
20-11-2026
19-11-2026
BÜTÜN XƏBƏRLƏR

Xocalı soyqırımının şahidi doğma yurdunda dəfn olundu

Tarix: 20-11-2026 20:30     Baxış: 341 A- / A+
Xocalı soyqırımının şahidi doğma yurdunda dəfn olunduXocalı soyqırımının şahidi, erməni əsirliyində işgəncələrə məruz qalmış Salman Abbasov doğma yurdunda dəfn olunub.
Manevr.az lent.az-a istinadən xəbər verir ki, Salman Abbasov uzun illər həsrətini çəkdiyi doğma torpağında son mənzilə yola salınıb.
O, Xocalı soyqırımı zamanı ailə üzvləri ilə birlikdə əsir düşüb və ağır işgəncələrə məruz qalıb.
Salman Abbasov Milli Qəhrəman, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlardan tanınan Ləfxanım Mahmudovanın atasıdır.
Ləfxanım Mahmudova illər əvvəl atasının əsirlikdə yaşadığı dəhşətlərdən danışarkən bunları söyləyib:
“Allah heç bir kişini, atanı, qardaşı qadın qarşısında aciz qoymasın. Bax o zaman kişilər aciz idilər. Atamın dişlərini çəkmişdilər, qabırğalarını sındırmışdılar. Atama o qədər işgəncə vermişdilər ki, yanımızda olsa da, günlərlə tanımamışıq”.
Ağır əsirlik günlərini geridə qoyan Salman Abbasov yaşadığı dəhşətləri ömrünün sonunadək unutmayıb.
Atasının dəfni Ləfxanım Mahmudova üçün daha bir ağır gün olsa da, Salman Abbasovun illərlə həsrətini çəkdiyi doğma Xocalıda torpağa tapşırılması ailəsi üçün təsəlli olub.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar