İranın İlam vilayətində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 19 nəfər yaralanıb. Xəbər lenti
İranda AĞIR QƏZA: 11 nəfər öldü, 19 yaralı var
İranın İlam vilayətində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 19 nəfər yaralanıb.Bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur “X” sosial şəbəkəsində bildirib.
Hadisə Dəşt-Abbas–Mormuri avtomobil yolunda baş verib.
İlkin məlumata əsasən, qəza nəticəsində yaralanan 19 nəfər xəstəxanaya yerləşdirilib.
İlam vilayətinin Qızıl Aypara Cəmiyyəti daha əvvəl IRIB-ə açıqlamasında hadisə nəticəsində azı 5 nəfərin öldüyünü, 17 nəfərin yaralandığını bildirmişdi. Sonradan ölən və yaralananların sayı ilə bağlı məlumat yenilənib.
İran Səhiyyə Nazirliyinin rəsmisi yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında sürücülərin məsuliyyətli davranmasının vacibliyini vurğulayıb.
Qəzanın dəqiq səbəbi barədə hələlik məlumat verilməyib. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































