Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Keçmiş prokurorluq əməkdaşı və sinif yoldaşı həbs edildi

Tarix: 24-10-2024 17:48     Baxış: 460 A- / A+
Keçmiş prokurorluq əməkdaşı və sinif yoldaşı həbs edildi
Həbsdə olan şəxsi azadlığa buraxdırmaq adı ilə yaxınlarından 190 min manat almış dəstənin üzvləri - Əlizamin Ağayev, Əli Vəliyev və Fərid Piriyevin məhkəməsi başa çatıb.

Manevr.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə onlara hökm oxunub.

Bildirilib ki, həmin şəxslər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il 6 ay müddətinə həbs cəzası almış E.İsmayılovun yaxınlarını aldadıblar. Onlar özlərini nüfuzlu və vəzifəli şəxs kimi təqdim ediblər və bu işi həll edəcəklərinə vəd veriblər. Həmçinin dəstə üzvlərinin bir neçə digər vətəndaşa qarşı da dələduzluq edərək xeyli pullarını ələ keçirməsi məlum olub.

Qeyd edilib ki, təqsirləndirilən şəxslərdən Əlizamin Ağayev Türkiyədə təhsil alandan sonra 2017-2018-ci illərdə Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində baş mütəxəssis vəzifəsində çalışıb. Təqsirləndirilən şəxslərdən Fərid Piriyev onun sinif yoldaşı olub.

Məhkəmənin hökmü ilə hər 3 şəxsə 5 il həbs cəzası verilib. Lakin Əli Vəliyevin cəzası şərti hesab edilib və onun barəsindəki ev dustaqlığı qərarı ləğv edilərək polisin nəzarəti altına verilmə qətimkan tədbiri ilə dəyişdirilib."qafqazinfo”


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar