Abşeronda saxlanılan narkokuryerdən 3 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib. Tədbir zamanı əvvəllər qəsdən sağlamlığa zərər vurma və quldurluq cinayətlərinə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Tamerlan Rəsulov saxlanılıb. Onun üzərindən və avtomobilindən 3 kiloqram marixuana, heroin, psixotrop maddə metamfetamin və narkotiklərin satışında istifadə olunan 2 ədəd tərəzi aşkarlanıb. T.Rəsulov şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. O, narkotiklərin bir hissəsini əvvəlcədən müəyyənləşdirilmiş yerə qoyandan sonra bu fəaliyyətinin müqabilində maddi qazanc əldə edəcəkmiş, digər hissəsinin isə satışını həyata keçirəcəkmiş.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xəbər lenti
Polisdən ƏMƏLİYYAT: narkokuryeri belə saxladılar -VİDEO
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar