Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

1 yaşlı qızını amansızcasına öldürən atanı hansı cəza gözləyir? - Vəkildən AÇIQLAMA

Tarix: 01-04-2024 15:51     Baxış: 3133 A- / A+
1 yaşlı qızını amansızcasına öldürən atanı hansı cəza gözləyir? - Vəkildən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Sumqayıtda ata övladını suda boğub öldürməkdə şübhəli bilinib. Qeyd olunub ki, Türkiyə vətəndaşı olan Yeşil Ahmet Turan uşağı gəzməyə aparmaq adı ilə evdən çıxarıb. Sonra isə o, uşağı öldürmək üçün dəniz kənarına gətirib. Atası körpəni dənizdə boğmaq məqsədi ilə onun paltarlarına qum və daş dolduraraq suya atıb. Nəticədə uşaq boğularaq ölüb. Bütün bunlar ərazidəki təhlükəsizlik kameralarına da düşüb.
 
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
 
Həmin şəxsi qanunvericiliklə hansı cəzalar gözləyir?
 
Manevr.az-ın xəbərinə görə, bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə deyib ki, Cinayət Məcəlləsinin 120-ci maddəsinə əsasən, xüsusi amansızlıqla, aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə - on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır:
 

 
“Aydın məsələdir ki, atanın 1 yaşlı körpəsini suda boğması aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi öldürmədir və onun əməli CM-nin 120.2.9-cu maddəsinə tövsif olunur. Həmin şəxsin təqsirli olması mötəbər sübutların məcmusu ilə təsdiq olunarsa, düşünürəm ki, atanı maksimum həddə cəza gözləyir”.
 
Müsahibimiz sözügedən şəxsin Türkiyə vətəndaşı olması məsələsinə də toxunub:
 
“Cinayət Məcəlləsinin 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır. Yəni türk vətəndaşı olmasından asılı olmayaraq, Azərbaycan ərazisində cinayət törətdiyi üçün onun işinə Azərbaycan Respublikasının istintaq orqanları və məhkəmələri baxacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar