Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

İrandan Azərbaycana qayıtmaq istəyən tələbə şərlənərək həbs olundu

Tarix: 07-01-2024 20:21     Baxış: 3210 A- / A+
Qum şəhərində dini təhsil alan Azərbaycan vətəndaşı Davud Səfər oğlu Səfərov Vətənə qayıtmaq istəyərkən İran sərhədçiləri tərəfindən həbs olunub.

Bu barədə “Azad İran” “Telegram” kanalı onun yaxınlarına istinadla xəbər verib.

Məlumata görə, S.Davud 2021-ci ildən “İmam Xomeyni” mədrəsəsində dini təhsil alıb. Tədris prosesində siyasi mövzular, anti-Azərbaycan dərsləri təbliğ olunduğundan, eləcə də tələbələrin sosial durumunun pis vəziyyətinə görə Davud İranda oxumağa davam etmək istəməyib. Yaxınlarının dediyinə görə, ona hətta qanunsuz silahlı qruplaşma kimi fəaliyyət göstərən “Hüseyniyyun” təşkilatına qoşulması üçün İran hüquq-mühafizə orqanları tərəfindən təzyiqlər də göstərilib.

Qarşılaşdığı haqsızlıqlardan, qeyri-insani davranışlardan bezən S.Davud Azərbaycana qayıtmaq istəyib. Ancaq sənədlərinin düzgün olmadığı bəhanəsi altında İran sərhədçiləri tərəfindən saxlanıb və sərhəddən buraxılmayıb. Onun xarici pasportu əlindən alınıb və azadlığı məhdudlaşdırılıb.

Kanaldan o da vurğulanıb ki, son zamanlar İranda dini təhsil alan tələbələrin Azərbaycana qayıtmasına maneələr yaradılır, onlar hədə-qorxu ilə İranda qalmağa və oradan sosial şəbəkələr və media üzərindən Azərbaycan əleyhinə radikal dini fəaliyyət aparmağa məcbur edilirlər. oxu.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar