Xəbər lenti
“BRAVO” silahlı hücumla bağlı məlumat yaydı

“BRAVO” supermarketlər şəbəkəsi Xətai rayonunda yerləşən hipermarketə silahlı hücumla bağlı məlumat yayıb.
Supermarketlər şəbəkəsindən daxil olan məlumatda deyilir:
"Dərin təəssüf hissi ilə bildiririk ki, martın 4-də Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında yerləşən "BRAVO" hipermarketin girişində, müxtəlif banklara məxsus bankomatların və ödəniş terminallarının yerləşdiyi hissədə inkassasiya heyətinə silahlı hücum olub. Hadisə nəticəsində bir nəfər vəfat edib, iki nəfər yaralanıb. Baş vermiş insidentlə bağlı Baş Prokurorluq tərəfindən hadisə yerində araşdırma aparılır".
"BRAVO" hipermarket hadisədən mənəvi sarsıntı keçirən insanların qayğısına qalır və insidentin araşdırılması ilə bağlı hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir. Qeyd edək ki, hadisə nəticəsində “BRAVO” müştəri və əməkdaşlarından xəsarət alan olmayıb. Qeyd olunan faktla bağlı bütün əlavə məlumatlar Baş Prokurorluğun Mətbuat Xidmətindən ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Hadisədə qətlə yetirilən Həsənov Rüfətin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların isə tezliklə sağalmasını diləyirik.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar