Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Ətin pulunu hotellərdə xərcləyən qəssab həbs edild

Tarix: 03-10-2022 21:09     Baxış: 3253 A- / A+
Qəbələnin Nic kəndində yerləşən ət dükanında qəssab işləyən şəxsə üç il həbs cəzası verilib.

Manevr.az qaynarinfo-ya istinadla xəbər verir ki, 1984-cü ildə Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olmuş Yunus Yusibov Nic kəndində yerləşən ət dükanında qəssablıqla məşğul olub.

Oğuz rayonunun Xaçmaz kəndində yaşayan tanışının etibarından sui-istifadə etməklə ona məxsus bir baş dişi, çəkisi 220 kiloqram olan cins düyəni 1900 manata alıb və pulu əti satdıqdan sonra qaytaracağına söz verib.

Bundan başqa, o, eyni əməli Oğuz rayonunun Yaqublu kəndində yaşayan tanışına qarşı da edib və dəyəri 2800 manat olan iki iribuynuzlu heyvanını alıb.

Yunus Yusibov Oğuz rayonunun Kərimli kəndində yaşayan fermerdən də 4260 manat məbləğində iri buynuzlu heyvanlar alaraq, pulunu verməyib.

O həmçinin Oğuz rayonunun Xal-Xal kəndində yaşayan fermerlə uzun illər alış-veriş edərək etibarını qazanıb və ona da 6500 manat məbləğində ziyan vurub.

Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilən Yunus Yusibov ifadəsində göstərib ki, pulları əyləncə, restoran və hotel istirahəti üçün xərcləyib.

Qəbələ Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəkəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar