Xəbər lenti
Zaqatala üzərində dövrə vuran təyyarə yerə çırpıldı: 8 nəfərin öldüyü qəzanın TARİXÇƏSİ
Bu hadisə 11 may 1974-cü ildə baş verib.
Qaxda dislokasiya olunmuş 108-ci aviadəstənin təyyarə komandiri iş gününün sonunda ikinci pilotu sənəd dalınca rayon mərkəzinə göndərir. Özü isə aviatexik, təcrübəçi və 5 kənar şəxslə (1 kişi, 4 qadın) birgə kef məclisi təşkil edir. Yeyib-içdikdən sonra komandir qonaqları “An-2” təyyarəsi ilə Zaqatala üzərində dövrə vurub qayıtmağa dəvət edir. Hamı razılaşır.
Saat 18.50-də Qaxdan qalxan təyyarə Zaqatalaya yol alır. Artıq hava qaralırdı. Pilot öz evinin üzərində alçaqdan bir neçə dövrə vurub Qaxa qayıdır. Zaqatala əhalisi təşviş içində küçəyə tökülsə də, milis əhalini sakitləşdirir.
Artıq şər qarışmışdı və təyyarə gecə uçuşuna nəzərdə tutulmamışdı. Qaxa enmək üçün bir neçə uğursuz cəh edən pilot idarəetməni itirir və aeroportun 800 metrliyində yerə çırpılır. Hava gəmisi yerə çırpıldıqdan sonra 102 metr sürünür. Təyyarədəki 8 nəfərin hamısı həlak olur.
Hadisə ilə bağlı cinayət işində göstərilir ki, pilotun qanında 4 promil spirt olub. Bu qədər içki qəbul edən şəxsin nəinki təyyarəni, heç özünü idarə etməsi mümkün deyil.
Bu sətirlərin müəllifi pambıqçılıq rayonlarınan birində göz açdığı üçün “An-2” təyyarələrinə bələddir. Kənd əhalisi çox vaxt maraq üçün pilotlara “hörmət edərək” dərmançiləmə vaxtı əkin sahələri üzərində dövrə vururdu. Halbuki, bu həm qayda pozuntusu, həm də sağlamlığa ziyan idi.
Sözardı: zəfərlə yekunlanan 44 günlük Vətən müharibəsi göstərdi ki, 40 il əvvəl istehsalı dayandırılmış “Kukuruznik”lər 21-ci əsrin döyüşünə də yarayır. Sadəcə olaraq, təyyarə peşəkar hərbçilərin əlində olmalıdır.
20-ci əsrdə “Kukuruznik”lərə qanunsuz minən azərbaycanlılar 21-ci əsrdə bu fiziki və mənəvi cəhətdən aşınmış təyyarələrdən istifadə edərək düşmənin HHM sistemini yarım gündə məhv etdilər. Müzəffər ölkənin modern aviasiyasına yol açmaq üçün. lent.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar