Sizin Reklam Burada
Xəbər lenti
26-01-2025
25-01-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın ailəsi ABŞ-a qaçır - Gizli şəkildə vətəndaşlıq alıblar

Tarix: 16-05-2021 13:17     Baxış: 3160 A- / A+
Paşinyanın ailəsi ABŞ-a qaçır - Gizli şəkildə vətəndaşlıq alıblar


Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın ailəsi yenidən KİV-in tənqidinə tuş gəlib.

Bu dəfə Paşinyanın həyat yoldaşı Anna Akopyan medianın hədəfinə çevrilib. Erməni saytlarının yaydığı xəbərə görə, Akopyan yaxın günlərdə gizli şəkildə ABŞ-a gedəcək: "Məlumatı və səfərin detallarını gizli saxlamağa çalışırlar. Akopyanın budəfəki Amerika səfəri erməni icması ilə təmaslara hesablanmayıb. O, sorosçular, yəhudi və hətta Suriya icmaları ilə görüşlər keçirəcək, onların ölkəsi ilə bağlı gələcək planlarını öyrənəcək. Bundan əlavə, mənbəmiz Akopyanın ABŞ-da bir malikanə almasını da söyləyib. Hətta onun, eyni zamanda başqa bir adla Amerika vətəndaşlığını əldə etməsi də deyilir. Mənbəmizin verdiyi məlumata görə, Akopyan övladları üçün də vətəndaşlıq alıb. Lakin onların öz adları ilə, yaxud da anası kimi başqa bir kimliklə buna nail olmasını öyrənə bilmədik".

KİV iddia edir ki, hadisələrin hazırkı gedişatı nəzərə alınsa, Paşinyan ailəsi onlar üçün ən azı ciddi baş ağrısına çevrilən Ermənistandakı daxili siyasi vəziyyət, Qarabağ və sərhəd məsələlərinin gərginliklərindən uzaq qalmaq üçün dinc və etibarlı gələcəyə hazırlaşır.

Xatırladaq ki, qışda da erməni mediası Anna Akopyanın ailəsi ilə Moskvaya gizli gedərək istirahət etməsi barədə xəbər yaymışdı. Sonradan məlumatın doğruluğu üzə çıxmışdı. (azvision.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar