Xəbər lenti
Azərbaycanlı milyarderin daha üç mənzili satışda: Milyardlarla borcu var
Azərbaycan əsilli milyonçu Telman İsmayılovun Moskvada yerləşən daha üç mənzili hərraca çıxarılır.
Rusiya KİV-in məlumatına görə, paytaxtın müxtəlif yerlərində yerləşən bu mənzillərin ümumi qiyməti 318 milyon 100 min rubl (təxminən 4 milyon 250 min dollar) dəyərində qiymətləndirilir. Hərracda iştirak etmək istəyənlər martın 5-ə kimi ərizəylə müraciət edə bilərlər.
Xəbərdə o da deyilir ki, hərracdan yığılan vəsait İsmayılovun çoxsaylı borclarının ödənilməsinə sərf ediləcək. Əslində, hazırda Çernoqoriyaya sığınan Telman İsmayılov bu və digər banklara olan borclarına görə beynəlxalq axtarışdadır. Onu İsveçrə və ABŞ-ın Nevada prokurorluğu, habelə Türkiyə və Rusiyanın güc strukturları axtarır.
İsveçrənin Sürix şəhər Prokurorluğu İsmayılov barəsində cinayət işi başlayıb. Cinayət işi Rusiyanın “VTB” bankına məxsus “BM-Bank”ın iddiası əsasında açılıb. O, dələduzluqda, kreditorlara ziyan vurmaqda ittiham olunur. Məlumata görə, “BM-Bank” 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralınadək T.İsmayılova məxsus “AST” qrupunun “Rusline 2000” müəssisəsinə və “Tropicano Finance B.V.”yə 230 milyon dollar məbləğində kredit verib.
Bir müddət əvvəl “BM-Bank” T.İsmayılova məxsus “Praqa” restoranını, “Tropikano” biznes mərkəzini, “AST” ticarət mərkəzini və Moskvada Kutuzov prospektindəki 2 mənzili alıb, habelə onun ABŞ-dakı “Craig Valley Plaza” ticarət mərkəzinə həbs qoyulub. Kreditorlar bildirib ki, T.İsmayılov kredit vəsatinin bir hissəsini İsveçrədəki banklara köçürüb.
ABŞ-ın Las-Veqas şəhərində də Telman İsmayılova məxsus ticarət mərkəzinə həbs qoyulub. ABŞ məhkəməsinə müraciət edən “Bank Moskvı” ( o da VTB qrupuna aiddi) sahibkarı saxtakarlıqda ittiham edib. Belə ki, o, Rusiyada kredit ödənişlərini dayandıraraq, əldə edilən vəsaitlərin ölkə xaricinə, o cümlədən ABŞ-a aparılmasını təmin edib və ABŞ-da daşınmaz əmlak alışında istifadə olunub. T.İsmayılovun bank qarşısında borcu isə 19 milyard rubla çatıb. T.İsmayılovun ABŞ-da aktivlərə malik olduğu barədə "Bank Moskvı"dan olan kreditorlar Kipr məhkəməsinin qərarı sayəsində öyrəniblər. hüquqşünaslarına aydın olub ki, hələ 2014-cü ildə “Ruslayn 2000” MMC əldə edilən kredit ödənişini dayandırdıqdan sonra "Vesto Trading Limited" alıcı şirkətin hesablarından 8 milyon dollardan çox vəsait ABŞ-a göndərilib və Las-Veqasda "Craig Valley Plaza" ticarət mərkəzinin alışı üçün istifadə edilib. “Bank Moskva” həyata keçirilən maliyyə əməliyyatının saxtakarlıq kimi tanınması, eləcə də ticarət mərkəzinə həbs qoyulması barədə Klark dairə (Nevada ştatı) məhkəməsinə iddia irəli sürüb və istəklərinə nail olublar.
Hazırda Fransanın Nitsa şəhəri yaxınlığındakı Antiba qəsəbəsində Telman İsmayılova məxsus böyük bir villa var. Məlumata görə, həmin villanın dəyəri 25 milyon avrodan çoxdur. Elə həmin villa da Almaniyanın “Deuche bank”nın girovluğundadır./lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar