Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

COVID-19-dan sağalan hər səkkizinci şəxs 140 gün ərzində ölür

Tarix: 19-01-2021 08:19     Baxış: 3276 A- / A+
COVID-19-dan sağalan hər səkkizinci şəxs 140 gün ərzində ölür

Koronavirusdan sağalan hər səkkiz nəfərdən biri 140 gün ərzində müxtəlif fəsadlar nəticəsində vəfat edir.

Bu tədqiqat müalicə alaraq COVID-19-dan sağalmış insanlar üçün yeni təhlükələrdən xəbər verir.

Üstəlik, sağalmış xəstələrin üçdə biri beş ay ərzində yenidən xəstəxanaya yerləşdirilir.

İngiltərənin Lester Universiteti və Milli Statistika İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, koronavirusun ilk dalğasında müalicə olunaraq evə buraxılan 47 780 nəfərin 29 faizi yenidən xəstələnərək xəstəxanaya dönüb, onların 12,3 faizi isə vəfat edib.

“Daily Mail”in yazdığına görə, koronavirusun dağıdıcı, uzunmüddətli təsiri bir çox sağalan insanlarda ürək problemi, diabet, xroniki qaraciyər və böyrək xəstəliklərinə səbəb ola bilər.

İddianın müəllifi, Lester Universitetinin diabet və damar müalicəsi professoru Kamleş Khunti “The Telegraph” nəşrinə verdiyi açıqlamada bildirib ki, bu araşdırma COVID-19-dan müalicə alaraq evə buraxılan xəstələr arasında aparılan ən böyük tədqiqatdır.

“İnsanlar evlərinə gedir, bir müddət sonra geri dönür və ölürlər. Görürük ki, təxminən 30 faiz yenidən xəstəxanaya yerləşdirilir, bu, olduqca böyük rəqəmdir”, - deyə professor qeyd edib.

Qeyd olunur ki, tədqiqat hələ resenziyadan keçməyib və həyəcanlı statistika ilkin məlumatlara əsaslanır. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar