Xəbər lenti
Azərbaycan İlahiyyat İnstitutu Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi və əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə könüllü olaraq maaşlarının bir hissəsini Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna ianə ediblər. Ali təhsil müəssisəsinin kollektivi, təqribən 7200 (yeddi min iki yüz) manat məbləğində Fonda vəsait köçürüb.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Respublika Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə ölkənin etibarlı müdafiəsi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədilə yaradılıb.
Ermənistanın 27 sentyabr 2020-ci il tarixdən Azərbaycana qarşı başlayan növbəti təxribatının qarşısı Şanlı Ordumuz tərəfindən qətiyyətlə alınır. Əks-hücum başlayan gündən ölkəmizdə fəaliyyət göstərən müxtəlif nazirliklər, təşkilatlar, agentliklər, ali təhsil müəssisələri, həmçinin dünyada yaşayan azərbaycanlılar tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna ianələr köçürülüb.
Ali təhsil müəssisəsinin rəhbərliyi və kollektivi ordumuzun əks-hücum əməliyyatları nəticəsində torpaqlarımızın işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edir, ona yeni zəfərlər arzulayır. Qarabağ Azərbaycandır! Qələbə bizimlədir!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar