Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əhali təkidlə müharibə istəyir... – Deputat

Tarix: 23-05-2020 09:44     Baxış: 4193 A- / A+
Əhali təkidlə müharibə istəyir... – Deputat

Azərbaycanın sülhpərvər dövlət olması hər kəsə bəllidir. Ölkə başçısı İlham Əliyev də beynəlxalq kürsülərdən dəfələrlə bəyan edib ki, Azərbaycan sülhpərvər ölkədir, lakin bizim də səbrimizin bir həddi-hüdudu var. Hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin son hərbi təlimləri ona dəlalət edir ki, Ordumuz istənilən an aktiv hərbi əməliyyatlar keçirə bilər.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov Azərbaycanın işğal altında olan ərazilərindəki separatçı-terrorçu qurumun “prezidenti”nin “andiçmə” mərasiminin Şuşada keçirilməsi haqqında danışarkən deyib. O bildirib ki, Ermənistan tərəfi heç bir hüquqi normaya məhəl qoymur:

“Ermənistanın Dağlıq Qarabağda yaratdığı qondarma rejimin qanundankənar keçirdiyi “prezident” və “parlament” “seçki”lərinin ardından Şuşa şəhərində andiçmə təşkil etməsi siyasi həyasızlığın pik nöqtəsidir. Ermənistan rəhbərliyi bu addımı atmaqla onsuz da kövrək olan danışıqlara ağır bir zərbə endirmiş oldu. Bundan sonra danışıqların keçirilməsi və bu danışıqlarda Ermənistanın konstruktiv olacağına inam qalmayıb”.

Deputat vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin məsələyə heç bir reaksiya verməməsi də narahatedici məqamdır:

“Əslində, Minsk Qrupunun bundan öncəki bəyanatları da qeyri-adekvat xarakter daşıyırdı. Diqqət etsəniz, həmsədrlərin bəyanatlarında kimin işğalçı, kimin işğala məruz qaldığı qətiyyən bilinmir. Həmsədrlərin məsələyə yerində reaksiya verməməsi Ermənistan tərəfinin arxayınlığını artırır. Ermənistan tərəfinin hüquqazidd əməllərinin cəzasız qalması düşmən tərəfinin daha da cəsarətlənməsinə gətirib çıxarır. Hesab edirəm ki, bu hadisə münaqişənin həlli ilə bağlı prosesə yeni çalarlar əlavə edə bilər. Məsələ ondadır ki, “andiçmə” mərasiminin Şuşa şəhərində keçirilməsi məqsədyönlü bir addımdır. Faktiki olaraq bu addımla İrəvan Azərbaycana qarşı öz aqressiv siyasətindən əl çəkmədiyini bir daha sübut etmiş oldu. Təbii ki, bu hal Azərbaycan ictimaiyyətində çox hiddətlə qarşılandı. Çünki Şuşa azərbaycanlılar üçün olduqca həssas məsələdir. Hətta sosial şəbəkələrdə Azərbaycanın daha ciddi və sərt addımlar atmasının vacibliyi vurğulanır. Vətəndaşların hərbi əməliyyatların başlanmasını təkidlə istəmələri məsələnin nə dərəcədə həssas olduğunu göz önünə sərir. Düşünürəm ki, Azərbaycan diplomatiyası öz hücum taktikasını gücləndirməlidir. Biz bütün istiqamətlərdə ciddi addımlar atmalıyıq”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar