Xəbər lenti
Azərbaycanda kanalizasiyadan mal başları çıxdı
Biləcəri qəsəbəsinin Füzuli küçəsindən keçən 1000 mm diametrli kanalizasiya kollektordan kəsilmiş mal başları və digər bərk məişət tullantıları çıxarılıb.
Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı sosial şəbəkədə məlumat paylaşıb. A.Cəbrayıllı bidlirib ki, həmin ərazidə kanalizasiya quyusundan çirkab suların qaynaması barədə “Azərsu” ASC-yə müraciət daxil olduqdan sonra baxış keçirilib, əraziyə xətləri yüksək təzyiqlə yuyan xüsusi təyinatlı maşın və digər mexanizmlər cəlb olunub: “Bütün səylərə baxmayaraq, kollektroda baş verən tutulmanı açmaq mümkün olmayıb. Sonra kollektorun 4 metr dərinlikdən keçən hissəsinin üzəri açılıb, dəmir-beton boru 2 yerdən sındırılaraq xəttin içərisinə müdaxilə olunub. Tutulma baş verən hissədən bir-birinə və borunun divarlarına pərçim olunmuş kəsilmiş mal başları, çoxlu sayda sement kisələri, hər birinin uzunluğu 1 metrdən çox olan 2 taxta parçası, digər bərk məişət tullantıları çıxarılıb və çirkab suların normal axını təmin edilib. Adi hallarda kollektorda tutulmalar bir-neçə saata aradan qaldırlırsa, Biləcəri qəsəbəsi Füzuli küçəsində kollektorun təmizlənməsi 3 gündən artıq vaxt aparıb.
Heyvan kəsimi ilə məşğul olanlara, eləcə də əhalinin diqqətinə bir daha çatdırırıq ki, kanalizasiya xətləri tullantı suların axıdılması üçün nəzərdə tutulub, ora hər hansı bərk məişət tullantıların atılması yolverilməzdir. Belə hallar kollektorlarda tez-tez tutulmalara, yolların, həyətlərin və ətraf ərazilərin çirkab suları altında qalmasına səbəb olur”./qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar