Xəbər lenti
Gömrük Komitəsindən erməni kartofunun Azərbaycana gətirilməsinə münasibət
Dünən saytımızda Gürcüstanın ermənilər yaşayan Axalkalaki bölgəsindən hər gün Azərbaycana 250 ton kartof gətirilməsi ilə bağlı yazı dərc edilmişdi.
Əldə etdiyimiz məlumata görə, Bakıda kənd təsərrüfatı məhsullarının topdansatışını həyata keçirən bazarlarda ermənilərin becərdiyi kartofların satışı həyata keçirilir. Gətirilən məhsulların tərkibində ölümcül virusların ola biləcəyi təhlükəsini nəzərə alsaq, bu məhsulların gömrükdən keçirilərkən necə yoxlanılması haqlı olaraq sual doğurur.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, Ermənistan mənşəli hər hansı məhsulun Azərbaycana idxalı qadağandır və gömrük orqanları bu istiqamətdə ciddi nəzarət tədbirləri həyata keçirir:
"Bir sıra kütləvi informasiya vasitələrində Gürcüstandan Azərbaycana idxal edilən kartofun insan sağlamlığı üçün təhlükə törədə biləcəyi və idxal edilən məhsulun içində Ermənistan mənşəli kartofun olduğuna dair iddialar irəli sürülüb və bu iddialarda gömrük orqanlarına qarşı ittihamlar yer alıb.
Dövlət Gömrük Komitəsi bildirir ki, ölkə ərazisinə gətirilən bütün mal və nəqliyyat vasitələrinin, o cümlədən kartofun qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədləri yoxlanıldıqdan sonra idxalına icazə verilir.
Belə ki, bitki və bitkiçilik məhsullarının, o cümlədən kartofun, göndərən (ixracatçı) ölkənin səlahiyyətli qurumu tərəfindən verilən malın mənşə və fitosanitar sertifikatları gömrük orqanlarını tərəfindən yoxlanıldıqdan sonra idxalına icazə verilir ki, bu da Ermənistan mənşəli məhsulun gömrük-sərhəd buraxılış məntəqələrindən keçirilməsini istisna edir.
Eyni zamanda, qida məhsullarının təhlükəsizliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qanunvericiliklə müəyyən olunmuş tədbirlər görülür".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar