Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan kanallarında məhdudiyyət qoyulacaq – Saatı və səbəbi

Tarix: 21-06-2018 09:40     Baxış: 4387 A- / A+
Azərbaycan kanallarında məhdudiyyət qoyulacaq – Saatı və səbəbi

Azərbaycanda telekanallarda “16+” yaş kateqoriyası üçün nəzərdə tutulan qorxu məzmunlu informasiyaların yerli vaxtla saat 7-dən 21-dək, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaların, eləcə də erotik məzmunlu informasiyaların yerli vaxtla saat 6-dan 23-dək yayımına məhdudiyyət qoyulacaq.

Manevr.az Trend-ə istinadən məlumatına görə, bu məsələ Milli Məclisdə I oxunuşda qəbul edilən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə görə, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyalara zorakılığı və qəddarlığı, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu, pornoqrafik xarakterli informasiyalar aiddir.

Teleradio yayımı vasitəsi ilə “Universal”, “6-“, “6+” və “12+” yaş kateqoriyalarına aid informasiya məhsullarının yayımlanmasına isə vaxt məhdudiyyəti qoyulmayacaq.

Layihədə müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınmaqla informasiya məhsulunun yaş kateqoriyasına uyğun təsnifatı da aparılıb.

Bu təsnifata uyğun olaraq, “Universal” yaş kateqoriyasına aid edilən informasiyaların istənilən yaş qrupları üzrə dövriyyəsinə məhdudiyyət qoyulmayacaq.

“6 yaşadək” yaş kateqoriyasına aid olan infromasiyaların 6 yaşı tamam olmamış uşaqlar, “6 yaşdan” yaş kateqoriyasına aid olan infromasiyaların 6 yaşı tamam olmuş uşaqlar, “12 yaşdan” yaş kateqoriyasına aid olan infromasiyaların 12 yaşı tamam olmuş uşaqlar, “16 yaşdan” yaş kateqoriyasına aid olan infromasiyaların 16 yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol veriləcək.

“18 yaşdan” yaş kateqoriyasına aid olan infromasiyaların uşaqlar arasında dövriyyəsinə yol verilməyəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar