Xəbər lenti
Vardanyanın PLANI: Sarkisyanı raketlə vurmaq, Dağlıq Qarabağı Ermənistanla birləşdirmək…
Ermənistanda prezident Serj Sarkisyana sui-qəsd həyata keçirməyə və hakimiyyəti silahlı yolla ələ almağa cəhd edən qrupun lideri Artur Vardanyanın işi üzrə yeni şahid ifadəsi yayılıb.
Virtualaz.org xəbər verir ki, Vardanyanın işi üzrə məhkəmədə sonuncu şahid-İşxan Kişmiryan dindirilb. O, bildirib ki, Vardanyan hakimiyyəti ələ alandan sonra Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair referendum keçirməyə hazırlaşırdı.
Ermənistanda hakimiyyəti silahlı çevriliş yolu ilə həyata keçirməyi planlaşdıran qrup 2015-ci ilin noyabrında tutulub. Qrupa “Erməni qalxanı” adlı təşkilatın rəhbəri Artur Vardanyan başçılıq edib. Onun prezident Serj Sərkisyanın təyyarəsini raketlə vurmaq, İctimai Televiziyanı və dövlət binalarını ələ keçirmək hazırlığı gördüyü açıqlanıb.
Şahid Kişmiryan məhkəmədə deyib ki, Vardanyanla “yaradıcılıq məsələləri ilə bağlı” tanış olub və onun silahlı çevriliş həyata keçirməyə hazırlaşdığı haqda deyilənlərə inanmayıb.
“Çünki gündə 500 dəfə belə məlumatlar eşidirsən”-şahid deyib. Bununla belə Kişmiryan bildirib ki, Vardanyan onunla söhbətdə 2015-ci ilin dekabrında Konstitusiya referendumu əvəzinə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqda referendum keçirməyin düzgün olduğunu deyirdi. Şahidin sözlərnə görə, Vardanyan deyirmiş ki, diaspor bu məsələdə onunla həmrəydir.
Habelə Vardanyan Suriya ermənilərini qorumaq üçün hərbi dəstələr yaratmaq niyyəti haqda danışırmış. O bildirirmiş ki, xaricdəki səfirliklər heç bir iş görmür və hakimiyyətə gəlsə 37 ölkənin iştirakı ilə İŞİD-ə qarşı koalisiya yaradacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar