Sizin Reklam Burada
Xəbər lenti
26-05-2026
25-05-2026
BÜTÜN XƏBƏRLƏR

Türkiyənin Quru Qoşunları komandanı Azərbaycana gəlib

Tarix: 27-04-2026 18:49     Baxış: 388 A- / A+


Türkiyənin Quru Qoşunları komandanı Azərbaycana gəlib
Aprelin 27-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Manevr.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, əvvəlcə qonaqlar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib.
Daha sonra Zəfər parkı ziyarət olunub və Zəfər abidəsinin önünə əklil qoyulub.
Baş Qərargahda keçirilən görüşdə general-polkovnik K.Vəliyev Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daim inkişaf etdiyini və bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə ölkəmizdə keçirilən "TurAz Qartalı-2026" birgə taktiki-uçuş təlimi barədə danışan Baş Qərargah rəisi bu kimi təlimlərin ikitərəfli əməkdaşlığın inkişafı üçün əhəmiyyətli olduğunu və bölgənin təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb.

M.Tokel strateji müttəfiqliyi özündə ehtiva edən hərbi əməkdaşlığımızın daha da genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyini bildirib.
Görüşdə müasir texnoloji yeniliklərin tətbiqi ilə keçirilən birgə və çoxmillətli təlimlərin ölkələrimizin hərbi qulluqçularının peşəkarlığının yüksəlməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün əhəmiyyətli olduğu vurğulanıb.
Tərəflər Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının müxtəlif sahələrini müzakirə edib, birgə fəaliyyətlər və maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparıblar.

Türkiyənin Quru Qoşunları komandanı Azərbaycana gəlibTürkiyənin Quru Qoşunları komandanı Azərbaycana gəlibTürkiyənin Quru Qoşunları komandanı Azərbaycana gəlibTürkiyənin Quru Qoşunları komandanı Azərbaycana gəlibTürkiyənin Quru Qoşunları komandanı Azərbaycana gəlibTürkiyənin Quru Qoşunları komandanı Azərbaycana gəlibTürkiyənin Quru Qoşunları komandanı Azərbaycana gəlibTürkiyənin Quru Qoşunları komandanı Azərbaycana gəlibTürkiyənin Quru Qoşunları komandanı Azərbaycana gəlibTürkiyənin Quru Qoşunları komandanı Azərbaycana gəlib



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar