Aprelin 27-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Manevr.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, əvvəlcə qonaqlar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib.
Daha sonra Zəfər parkı ziyarət olunub və Zəfər abidəsinin önünə əklil qoyulub.
Baş Qərargahda keçirilən görüşdə general-polkovnik K.Vəliyev Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daim inkişaf etdiyini və bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə ölkəmizdə keçirilən "TurAz Qartalı-2026" birgə taktiki-uçuş təlimi barədə danışan Baş Qərargah rəisi bu kimi təlimlərin ikitərəfli əməkdaşlığın inkişafı üçün əhəmiyyətli olduğunu və bölgənin təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb.
M.Tokel strateji müttəfiqliyi özündə ehtiva edən hərbi əməkdaşlığımızın daha da genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyini bildirib.
Görüşdə müasir texnoloji yeniliklərin tətbiqi ilə keçirilən birgə və çoxmillətli təlimlərin ölkələrimizin hərbi qulluqçularının peşəkarlığının yüksəlməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün əhəmiyyətli olduğu vurğulanıb.
Tərəflər Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının müxtəlif sahələrini müzakirə edib, birgə fəaliyyətlər və maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Türkiyənin Quru Qoşunları komandanı Azərbaycana gəlib
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar











































