Sizin Reklam Burada
Xəbər lenti
18-04-2026
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?

Tarix: 18-04-2026 22:00     Baxış: 334 A- / A+
Son zamanlar Azərbaycanda ən çox müzakirə olunan məsələlərdən biri də uşaqpulunun verilib-verilməməsi ilə bağlıdır. Cəmiyyətdə bu istiqamətdə fərqli fikirlər səslənir, əksəriyyət hesab edir ki, uşaqpulu tətbiq olunmalıdır. Hətta bəzi iddialara görə, yaxın illərdə bu istiqamətdə müəyyən addımların atılması mümkündür.

Eyni zamanda, demoqrafik göstəricilərlə bağlı narahatlıqlar da artır. Qeyd olunur ki, doğum səviyyəsində azalma müşahidə edilir, ailə quranların sayı isə əvvəlki illərlə müqayisədə aşağı düşür.

Bu müzakirələr ənənəvi sualları yenidən aktual edir: Azərbaycanda uşaqpulu verilə bilərmi? Əgər belə bir qərar qəbul olunarsa, bu ödəniş bütün uşaqlara şamil ediləcək, yoxsa yalnız 2-3 uşaqdan sonra tətbiq olunacaq? Bəs məbləğ nə qədər ola bilər?

İqtisadçı Eyyub Kərimli uşaqpulunun gələcəkdə tətbiq oluna biləcəyini deyib.

“Demoqrafik vəziyyətin sabitləşdirilməsi baxımından belə bir addım mümkün görünür. Lakin hansı uşaqlara, hansı məbləğdə və neçə uşaqdan sonra veriləcəyi artıq sosial siyasətin və demoqrafik strategiyanın parametrlərindən asılı olacaq”.

İqtisadçı qeyd edib ki, müəyyən ediləcək məbləğ birbaşa dövlət büdcəsinin imkanları ilə bağlıdır:

“Bu barədə indidən konkret proqnoz vermək çətindir. Çünki hər şey demoqrafik siyasətin necə formalaşdırılacağından asılıdır. Ailələrin strukturu, yəni bir, iki və ya daha çox uşaq olması nəzərə alınmalıdır. Müxtəlif ölkələrin təcrübəsində fərqli yanaşmalar var. Məsələn, bəzi ölkələrdə hər növbəti uşağa görə əlavə maliyyə dəstəyi verilir. Azərbaycanda da bu məsələdə demoqrafik proseslərin inkişaf istiqaməti və dinamikası nəzərə alınaraq qərar verilə bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar