Xəbər lenti
Günay Əfəndiyeva: “Günahsız soydaşlarımıza qarşı törədilmiş cinayətlər milli yaddaşımızdan heç zaman silinməyəcək”
Mədəniyyət komitəsinin sədr müavini
Tarixən İmperiya qüvvələrinin himayəsi ilə Azərbaycan ərazilərinə köçürülən ermənilər tərəfindən milli varlığımıza yönəlmiş təcavüz siyasəti mərhələli şəkildə həyata keçirilmişdir. “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni cinayətkarları Azərbaycanlılara qarşı müxtəlif illərdə etnik təmizləmə, terror, deportasiya və soyqırımı aktları törətmiş, xalqımız ən ağır faciələrə məruz qalmışdır.
Bu dəhşətli faciələrdən biri də daşnak-bolşevik silahlı dəstələri tərəfindən 1918-ci ilin mart ayından başlanan xüsusi amansızlıqla törədilmiş kütləvi qırğınlardır.
1918-ci il mart-iyul aylarında erməni şovinistləri Azərbaycanın demək olar ki, bütün ərazilərində, o cümlədən Bakı, Şamaxı, Quba, Xaçmaz, Şəki, Gəncə, Göyçay, Kürdəmir, Salyan, Sabirabad, Hacıqabul, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan, İrəvan və digər ərazilərdə 50 mindən çox dinc sakini, günahsız insanı qoca, qadın, uşaq demədən qətlə yetirmişlər.
Bu hadisələr eyni zamanda xalqımızın mədəni və mənəvi irsini hədəfə alan məqsədli vandalizm aktları ilə müşayiət olunmuşdur. Xalqımızın çoxəsrlik irsinə məxsus tarixi abidələr, dini inanc yerləri, ziyarətgahlar, mətbuat ocaqları talan edilmiş, Bakının böyük bir hissəsi xarabalığa çevrilmişdir. Bakının nadir memarlıq incilərindən sayılan “İsmailiyyə” Sarayı, Təzəpir Məscidi top atəşinə tutulmuş, “Tağıyev” teatrı, "Açıq söz" və "Kaspi" qəzetinin redaksiyaları yandırılmışdır. Hansı ki, bu abidələr Azərbaycanın maarifçilik ənənələrinin, milli intibah ruhunun və mədəni yüksəlişinin canlı rəmzləri idi.
Bu bir daha göstərir ki, ermənilərin məqsədi Azərbaycanlıları sadəcə fiziki olaraq məhv etmək deyil, eyni zamanda xalqımızın mədəni kimliyini, tarixini və mənəvi dayaqlarını da silmək idi.
Bu gün 31 mart soyqırımından 108 il ötür və zaman göstərdi ki, zorakılıq üzərində qurulan ideyalar gec-tez iflasa uğrayır, ədalət isə öz sözünü deyir. Azərbaycan xalqı uzun müddətli fiziki və mənəvi məhvetmə siyasəti qarşısında sınmadı, öz mədəni kimliyini itirmədi. Bu gün azad torpaqlarımızda ucalan Azərbaycan Bayrağı milli iradəmizin, Vətən uğrunda tökülən qanların, Qələbəmizin, və eyni zamanda bərpa olunmuş tarixi ədalətin rəmzidir.
Günahsız soydaşlarımıza qarşı törədilmiş cinayətlər milli yaddaşımızdan heç zaman silinməyəcək. Çünki, bu, bizim üçün həm mənəvi borc, həm də keçmişimiz və gələcəyimiz qarşısında məsuliyyətdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































