Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

2020-ci ildən bəri 400-dən çox şəxs mina qurbanı olub

Tarix: 03-04-2026 12:42     Baxış: 493 A- / A+
“Azərbaycan hər gün səssiz və görünməz bir təhlükə altında yaşamağa davam edir”.
 
Manevr.az
xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında 4 Aprel – Beynəlxalq Mina Təhlükəsi barədə Maarifləndirmə Günü ilə bağlı etdiyi paylaşımda bildirib.
 
Onun sözlərinə görə, 30 illik işğal dövründə Azərbaycan ərazisinin təqribən 12 faizi Ermənistan tərəfindən 1,5 milyondan çox mina ilə çirkləndirilib: “2020-ci ildən bu yana sülh dövründə 400-dən çox şəxs həlak olub və yaxud ağır yaralanıb”.
 
Qeyd olunub ki, ərazilərin mina ilə çirkləndirilməsi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma və bərpa layihələrinə, eləcə də keçmiş məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına əngəl olur.
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar