Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

31 Mart soyqırımı Azərbaycan xalqının unudulmaz faciəsidir

Tarix: 01-04-2026 11:35     Baxış: 364 A- / A+


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq “Unudulmaz faciə – 31 Mart soyqırımı” mövzusunda dəyirmi masa keçirilib.
Manevr.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və 31 Mart soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Mərkəzin baş fond mühafizi Nigar Hüseynova çıxışında Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanının tarixi əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi elan edilib və hadisəyə ilk dəfə hüquqi-siyasi qiymət verilib.
Tədbirdə Quba Soyqırımı Memorial Kompleksinin mütəxəssisi dosent Sübhan Talıblı, AMEA-nın Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri Rasim Mirzəyev, Bakı Hərbi Kollecinin və Bakı Qızlar Universitetinin müəllimi Tural Vəlizadə 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur və Qarabağda törədilmiş kütləvi qırğınlar barədə geniş məlumat veriblər. Çıxışlarda Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətlər arxiv sənədləri və tarixi dəlillərlə əsaslandırılıb.
Daha sonra “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” adlı sənədli film nümayiş etdirilib.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar