Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bakı-İrəvan təyyarə reysləri açılır: Biletlər bu qiymətədir

Tarix: 31-03-2026 20:46     Baxış: 3107 A- / A+
Azərbaycanın paytaxtı Bakıdan Ermənistanın İrəvan şəhərinə təyyarə reysləri açılır.

Artıq uçuşların biletləri satışa çıxarılıb.
Məlumata görə, “Aviasales” aviabilet axtarış sistemi Bakı-İrəvan reysi üzrə biletlərin satışına başlayıb. Sözügedən səfərlər üzrə təklif olunan biletlər sistemin saytına yerləşdirilib.
Bakıdan İrəvana ilk reyslər may ayının 14-dən etibarən başlayacaq. Reysləri Macarıstanın “Wizz Air”, Türkiyənin “Turkish Airlines” və Moldovanın “FlyOne” aviaşirkətləri həyata keçirəcək.

Məsələ ilə bağlı “Aviasales”dən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, İrəvana səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün əlavə məhdudiyyətlər və qaydalar tətbiq olunması istisna deyil:

“Bakı-İrəvan reysləri ilə bağlı bildiririk ki, yalnız biletin alınması kifayət etmir, səfər üçün mütləq etibarlı pasport tələb olunur. Viza məsələsi və digər giriş qaydaları vətəndaşlıqdan asılı olaraq dəyişə bilər. Xüsusilə bu istiqamət üzrə əlavə məhdudiyyətlər və qaydalar tətbiq oluna bilər, buna görə səfərdən öncə rəsmi qurumlardan məlumatın dəqiqləşdirilməsi tövsiyə olunur.

Gediş və dönüş biletlərinin alınması mümkündür. Səfər zamanı və qayıdışda sərhəd nəzarəti həyata keçirilir və pasportun təqdim olunması mütləqdir. Həmçinin əlavə yoxlanışların aparılması ehtimalı mövcuddur”.

Qeyd edək ki, Bakı-İrəvan reysi üzrə ən ucuz biletin qiyməti 216 (“Wizz Air”) , ən bahalı biletin qiyməti isə 595 manat (“Turkish Airlines”) təşkil edir. konkret.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar