Sizin Reklam Burada
Xəbər lenti
10-09-2026
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Baş nazir postuna namizəd seçilib

Tarix: 30-03-2026 11:46     Baxış: 3106 A- / A+


Nikol Paşinyan Nikol Paşinyan


Nikol Paşinyanın Ermənistanın Baş naziri postuna namizədliyi irəli sürülüb.
Manevr.az xəbər verir ki, bu barədə Paşinyan “Facebook” hesabında paylaşım edib. Qeyd olunub ki, “Mülki Müqavilə” partiyasının daxili seçkilərinin iki mərhələsi tamamlanıb.
"Səsvermə nəticələrinə etiraz etmək üçün müəyyən edilmiş müddət ərzində heç bir müraciət daxil olmayıb. Hesablama Komitəsinin bütün üzvlərinə, xüsusilə Komitə sədri Hakob Arşakyanın rəhbərliyi altında qapalı-gizli səsvermənin iki mərhələsinin yüksək səviyyədə və demək olar ki, qüsursuz təşkilinə görə təşəkkür edirəm. Partiya yoldaşlarıma mənə yenidən etimad göstərdikləri, “Mülki Müqavilə” partiyasının seçki siyahısına rəhbərlik etməyi həvalə etdikləri və Ermənistan Respublikasının baş nazirliyinə namizəd kimi irəli sürmək şərəfinə layiq gördükləri üçün minnətdaram”, paylaşımda deyilir.
Qeyd edək ki, bu il iyunun 7-də Ermənistan parlamentinə növbəti seçkilər keçiriləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar