Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nadir İsrafilov: “Isti xatirələri olana soyuq atmosfer də isti görünür…”

Tarix: 12-04-2024 09:27     Baxış: 3168 A- / A+

12 Aprel – Beynəlxalq Aviasiya və Kosmonavtika Günüdür.
 

12 aprel bütün dünyada Beynəlxalq aviasiya və kosmonavtika günü kimi qeyd olunur. Bu unudulmaz gündə insanın kosmosa ilk uçuşu gerçəkləşmişdir. 1961-ci ilin aprelin 12-sində Yuri Qaqarin dünya tarixinə kosmosa uçan ilk insan olaraq adını yazdırdı. Bu gün demək olar ki, əlli ölkədə kosmosa ilk uçuşun ildönümü kimi qeyd olunur. Məhz bu gün Bakı şəhəri Xəzər rayonunun Aviamodellərin uçuş meydançasında Aerokosmik Modelçilik Festivalı keçirilməsini də məhz bu tarixlə əlaqələndirmək olar. Festivalda robotexnikaya marağı olan müəllimlər, şagirdlər və valideynlər iştirak edə bilərlər. Bir də ki, bu heç də sıradan olan bir məsələ deyil. Artıq, indidən yaxın gələcəkdə ali məktəbi bitirən gənclərin əksəriyyətinin əsasən kosmos və virtual reallıq sahələrinə maraq göstərəcəkləri barədə fikirlər səsləndirilir, “kosmos bələdçisi”, “kosmik memar”, “kosmik turizm meneceri”,pilotsuz aviasiya layihələndiricisi”  kimi yeni peşələrin meydana çıxacağı proqnozlaşdırılır. 
 
Sözüm onda deyil, nəyin necə olacağı zamana bağlı məsələdir. Bununla belə, istənilən halda, istənilən situasiyaya hazır olmalıyıq. 12 aprel mənim üçün kosmosun ilk fatehini qarşılayan,10 ildən artıq bir müddətdə 15 respublikadan ibarət ucsuz-bucaqsız qüdrətli bir dövlətə rəhbərlik edən, soyuq müharıbənin ən qızğın anında, müzakirə zamanı ayaqqabısını çıxararıb BMT tribunasına döyəcləyərək ABŞ-a meydan oxuyan, Kuba inqilabı ilə əlaqədar Karib dənizi böhranına son qoyan, milyonlarla evsiz  insanı, sonralar onun adı ilə adlandırılan, hələ də bir çox insanın yaşam yeri olan “Xruşovka”larla pulsuz təmin edən, eyni zamanda ölkənin kənd təsərüfatını qarğıdalı poliqonuna çevirərək, xalq arasında “kukuruznik” ləqəbi qazanan Nikita Serqeyeviç Xruşşovla görüşüm unudulmaz bir xatirə kimi xüsusilə yadda qalan olub. O Xruşşovla ki, ölümündən sonra yaxşı və pis əməllərinə görə məzarını da simvolik olaraq ağ və qara mərmərdən hörüblər.
 
Birinci sinifdə oxuyurduq. Bu ərəfədə şəkillərini yalnız qəzet və jurnallarda gördüyümüz, səsini radio vasitəsilə eşitdiyimiz, yaşadığımız böyük və qüdrətli ölkənin rəhbərinin Azərbaycana gəlişi gözlənilirdi. Bütün ölkə ayaqda, “gözdə-qulaqda”, biz də, adəti üzrə məktəbdə idik. Səhər saatlarında qalstuklu, şıq geyimli üç nəfər rəsmi şəxs sinfə daxil oldu. Uzun müşahidədən və məsləhətləşmələrdən sonra, diqqət və nəzərləri mənə, bir də sinif yoldaşım olan bir qıza tuşlandı. Hər ikimizi dərsdən azad edərək, o vaxt “Villis” deyilən maşına mindirib, dəmiryol vağzalına gətirdilər. Biz hələ nə baş verdiyini bilmirdik. Görünür, məni ona görə seçmişdilər ki, sinifdə ağ köynək, qara şalvarda olan yeganə oğlan uşağı idim. Yəqin ki, qız da eynilə ağ köynək və qara ətək geyindiyindən diqqətləri cəlb etmişdi.
 O dövrlər kasıbçılıq illəri idi, kimin nəyi vardı, onu da geyinirdi. Anam səliqə-sahmana çox önəm verdiyindən, məni və qardaşımı məktəbə göndərərkən, adətən üst-başımıza xüsusi diqqət yetirirdi. Sən demə, ölkənin “baş rəhbəri” regionlara səfərlər edərkən, qabaqcadan planlaşdırılmış müəyyən yerlərdə “ayaq saxlayıb”, zəhmətkeşlərlə görüşürmüş. Belə bir görüş 
1960-cı ilin aprel ayında sovet Azərbaycanının 40 illiyi münasibətilə onun Respublikamıza səfəri zamanı bizim şimal bölgəsində də nəzərdə tutulubmuş.

Nəhayət, yolların təhlükəsizliyini yoxlayan bir qatar keçdikdən sonra, dörd vaqondan ibarət başqa qatar gəldi. Orta vaqondan bəstəboy, sadə geyimli, gülərüz bir adam xalçalar döşənmiş perrona qədəm qoydu. Bu adam Stalindən sonra 15 respublikadan ibarət Sovetlər Birliyinə rəhbərlik edən Sovet İttifaqı Qəhrəmanı, üç dəfə Sosialist Əməyi Qəhrəmanı Nikita Sergeyeviç Xruşşov idi. O zamankı ənənəyə əsasən, duz-çörəklə qarşılanandan dərhal sonra, mən və sinif yoldaşım olan qız gül-çiçək çələngini ona təqdim etdik. Böyük rəhbər üzündə razılıq təbəssümü ilə başımıza sığal çəkdi.

 N.S.Xruşşovla görüşümüz məktəbdə nüfuzumu artırdı. Hamı mənim şansıma sanki qibtə edirdi. Elə həmin günün səhəri sinif yığıncağı keçirib, məni “sinifkom” seçdilər və məktəbi bitirənə qədər də elə bu “postda” qaldım.


Nadir İsrafilov
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar