Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Aqil Məmmədov: "Prezidentin proqram xarakterli çıxışı qarşıdakı vəzifələri müəyyən etdi"

Tarix: 05-01-2024 17:14     Baxış: 3235 A- / A+
“2023-cü ilin yekunları ilə bağlı cənab Prezidentin proqram xarakterli çıxışı həm yola saldığımız il yaşananların təhlili, həm də qarşıda duran vəzifələrlər bağlı mühüm mesajların verildiyi bir çıxış idi”.
Manevr.az bildirir ki, bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov Prezident İlham Əliyevin 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətinə münasibət bildirərkən söyləyib.
A.Məmmədov bildirib ki, 2023-cü ildə ölkəmizin həyatında mühüm hadisələr, uğurlar baş verib: “”Bu hadisələrin, uğurların başında isə sözsüz ki, dövlət suverenliyimizin tam bərpası gəlir. 44 günlük müharibənin sonunda imzalanmış üçtərəfli bəyanata əsasən, Azərbaycan əraziləri separatçı silahlı dəstələrdən təmizlənməli idi. Amma, ötən 3 ildə bu müddəa yerinə yetirilmədi. Rusiya sülhməramlılarının məsuliyyət bölgəsində separatçıların mövcudluğu davam etdi. Eyni zamanda, bölgədəki qanunsuz hərbi birləşmələrin silah-sursatla təmin edilməsi, ərazilərin minalanması Ermənistan tərəfindən davam etdirildi. Belə bir şəraitdə Azərbaycan dövlətinin antiterror əməliyyatı keçirməsi qaçılmaz olmuşdu. Nəticədə, Azərbaycan öz dövlət suverenliyini tam bərpa edərək, bölgədə, ümumən, Cənubi Qafqazda münaqişə səhifəsini qaparmaq istiqamətində tarixi addım atdı. Prezident çıxışlarında bəyan edirdi ki, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməlidir və bunu da etdi. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb və biz bu yarımçıq qalan işimizi 2023-cü ildə başa çatdırdıq. Üçtərəfli bəyanatda öz əksini tapmış müddəaları, öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, bizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi. Hərbiçilərimiz, mülki şəxslərimiz həlak oldu və ya öz sağlamlığını itirdi. Cənab Prezidentin çıxışında bildirdiyi kimi Azərbaycan bundan sonra da hərbi quruculuq işlərini davam etdirəcək. 2024-cü ildə hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq. Həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Beləliklə, biz nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək, bizim hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaq. Ölkə başçısının bəyan etdiyi kimi “Dəmir yumruq” hər zaman yerində olacaq”.
Millət vəkilinin sözlərinə görə 2023-cü il həmçinin, Xankəndində Azərbaycan bayrağının dalğalanması ilə tarixə düşdü: “Xankəndində hərbi paradın keçirilməsi bu torpaqların həqiqi sahiblərinin kim olduğunu bütün dünyaya göstərdi. Bu gün isə Azərbaycan Böyük Qayıdış proqramını həyata keçirir. Müasir tariximizə həmçinin, Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə düşən 2023-cü il qarşıdakı dövr üçün Heydər Əliyev siyasətinin alternativsizliyini bir daha ortaya qoydu”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar