Xəbər lenti
Arutyunyan hansı sirləri bilir? - Paşinyanı qorxuya salan məqam
Ermənistan mediası Qarabağda keçmiş separatçı "rəhbərlərin" qandallanaraq, Bakıya gətirilməsi məsələsi ətrafında yeni fərziyyələr, sui-qəsd nəzəriyyələri irəli sürməkdə davam edir.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, əsas müzakirə mövzularından biri də Ruben Vardanyan, Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyanın həbs olunmasına baxmayaraq, Samvel Babayan və Samvel Şahramanyanın Ermənistana qaça bilməsi ətrafındadır.
Samvel Babayan separatçılar arasından Ermənistana gedə bilən ilk şəxs idi və onun keçidi haqda müxtəlif versiyalar irəli sürülür. Hərçənd, ən real versiya Babayanın erməni əhalisinin arasına qarışaraq, Laçın sərhəd-keçid məntəqəsini keçə bilməsidir. Özü İrəvanda verdiyi açıqlamada bildirdi ki, o, Ağdərədən çıxan erməni əhalisinin arasında keçə bilib. Azərbaycan bölgədən çıxmaq istəyən erməni əhalisinin təhlükəsizliyini təmin etdiyi üçün Babayanın diqqətdən yayınması mümkündür. Onun gedişindən sonra nəzarətin gücləndirildiyi haqda məlumatlar var. Ruben Vardanyanın əhalinin arasında gizlənərək, Laçın postunu keçmək cəhdi, lakin həbs edilməsi də bunu deməyə əsas verir. Şahramanyanın isə Ermənistana qaça bilməsinə "göz yumulduğu" ehtimalı var, çünki o, separatçıların sonuncu "başçısı" kimi təslim oldu və bütün tələbləri icra etdi.
"Hraparak" yazır ki, Vardanyan, Qukasyan, Saakyan, David Babayan, Levon Mnatsakyan və digərləri Paşinyan üçün arzuolunmaz şəxslərdir. Lakin nəşr Araik Arutyunyanı bu siyahıya əlavə etmir və bunu "müəmmalı" adlandırır.
"Araik Arutyunyan bu siyahıya uyğun gəlmir, çünki onun Qarabağda Paşinyanla əməkdaşlıq etdiyi məlumdur, 44 günlük müharibədə əsas günahkar da ikisi idi və heç vaxt Ermənistan hakimiyyətinə qarşı çıxmayıb. Arutyunyanın həbsi Azərbaycanın nöqteyi-nəzərindən müharibədə etdiklərinə görədir, lakin Paşinyanın maraqları baxımından suallar yaradır. Mümkündür ki, Araik Arutyunyan 44 günlük müharibədə Ermənistan hakimiyyəti ilə bağlı əhəmiyyətli sirləri bilir, ona görə də Paşinyan da onun qandallanmasında maraqlıdır", - nəşr iddia edir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar