Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağ tam azad edildi: Bəs o ərazilər? - “Dəmir yumruq” yenə qalxa bilər

Tarix: 16-10-2023 15:26     Baxış: 3339 A- / A+

Qazax və Naxçıvanın işğalda olan kəndlərinin qaytarılması sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar məsələdir. Qarabağ məsələsi tam həll olundu, indi növbədə budur.
Manevr.az xəbərb verir ki, bunu teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, sərhəd məsələsinin həlli o qədər də asan olmayacaq:
“Ermənistanın qondarma iddiaları var. Məsələn, Gədəbəyin Başkənd kəndini “Ermənistan ərazisi” hesab edirlər. Başkənd həmin 8 kənddən daha böyükdür. Məsələ Ermənistanın fikirləşdiyi kimi deyil. Başkənd və bir sıra ərazilər sovet dönəmində heç bir hüquqi əsaslar göstərilmədən Ermənistana peşkəş edilib, yəni zorla Azərbaycandan qoparılıb. Sovet rəhbərliyinin zamanında bu kimi məsələlərlə bağlı verdiyi qərarların heç bir hüquqi əsası yoxdur. Paşinyan da həmin “faktlar”a istinad etməyə çalışır. Hər şey bütün təfsilatı ilə Rusiyanın arxivində var. Torpaqlar zamanında Ermənistana niyə verilib? Bu, əsaslandırılmalıdır.
Ermənistan Azərbaycan ərazisində süni olaraq qurulanda 9 min kvadratkilometr ərazisi vardı. Bu gün 29.8 mindən dəm vururlar. 20 mini haradan aldılar, havadan gəldi? Bunların hamısı Azərbaycanın torpaqlarıdır. Heç bir hüquqi-siyasi zəmin olmadan Ermənistana peşkəş olunub. Zorla bizdən qoparılmış bu torpaqları Ermənistanda qoymalı deyilik.
Eyni zamanda, Ermənistanın Azərbaycan dövlətinə vurduğu zərərlər var. Bununla bağlı təzminat davası açılmalı və proses sona çatdırmalıdır. Ödəyə bilməyəcəyi nəhəng təzminat müqabilində Azərbaycana verə biləcəyi Zəngəzur kimi ölkəmizin dədə-baba torpaqları var. Məsələ bu kontekstdə həllini tapmalıdır. Azərbaycan haqlı tələblərini həyata keçirə biləcək gücdədir”.
Natiq Miri bildirib ki, Ermənistan kəndləri qaytarmaqdan yayınsa, Azərbaycan gücünü işə salacaq:
“Azərbaycan torpaqları işğaldadırsa, bunları istənilən yolla azad etmək hüququnu da özündə saxlayır. 44 günlük Vətən Müharibəsində kimsə nəsə deyə bilmədisə, indi də deyə bilməz. Ərazilər Azərbaycanındır. Paşinyan bu əraziləri Azərbaycan torpağı kimi tanıyır. Əgər ərazilər işğaldadırsa və Ermənistan da qaytarmırsa, bu, Azərbaycana haqq verir ki, növbəti hərbi əməliyyatla işğalda olan ərazilərini azad etsin.
Növbəti dəfə “Dəmir yumruğ”u başlarında görmək istəmirlərsə, torpaqları qeyd-şərtsiz Azərbaycana qaytarmalıdırlar. Sülh istəyən onun ağrısına dözməlidir. Əks təqdirdə, yumruqların sayı daha da artacaq. Azərbaycan bayrağının sancılmalı olduğu ərazilər çoxdur, bu, bizim haqlı tələbimizdir. Gerisini Ermənistan düşünməlidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar