Xəbər lenti
Aqil Məmmədov: “Şuşa bəyannaməsi milli təhlükəsizliyimizin etibarlı təminatçısıdır”
“İki il öncə - 2021-ci il 15 iyununda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında mövcud olan strateji müttəfiqlik münasibətləri yeni müstəviyə çıxardı. "Şuşa Bəyannaməsi yalnız iki dövlətin maraqlarının təmini nəticəsində meydana gəlməyib. Bu Bəyannamə tarixə, soykökə, qardaşlığa, təbii müttəfiqliyə söykənir".
Bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov Şuşa Bəyannaməsinin imzalanmasının iki illiyi ilə bağlı bildirib.
Millət vəkilinin sözlərinə görə, bu Bəyannmə ilə Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyub: "Müasir dövrdə iki qardaş ölkənin münasibətləri Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü "Bir millət, iki dövlət" şüarına və onun bilavasitə həyata keçirdiyi iqtisadi, beynəlxalq siyasətə əsaslanır. 30 ilə yaxın davam edən sıx münasibətlər ötən il Şuşa Bəyannaməsinin reallaşması ilə özünün yüksək zirvəsinə çatdı. Şuşa Bəyannamasi bölgədə marağı olan hər kəsə verilən mesajdır".
Hazırda bəyannamənin praktik olaraq icrada olduğunu deyən millət vəkili bunun üçün bir sıra nümunələri göstərib: "Elə müqavilələr olur ki, mürəkkəbi qurumamış önəmini itirir. Şuşa Bəyannaməsi ilə imzalanan andan aktiv şəkildə qüvvədədir. Ötən müddətdə hər iki ölkənin hərbçilərinin təlimləri davam etdirilib. Azərbaycan öz ordusunu Türkiyə ordusuna uyğun şəkildə formalaşdırmaqdadır. Bunu cənab Prezident rəsmən bəyan edib. Ölkə rəhbərlərinin intensiv qarşılıqlı səfərləri davam edir. Müdafiə sənayesi sahəsində əməkdaşlıq davam etdirilir. Bu əməkdaşlıq özünü 44 günlük Vətən müharibəsində göstərdi. Cənab Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident seçilməsi iki qardaş ölkə arasında münasitlərin elan olunmuş təməllər üzərində inkişafına yeni töhfələr verəcək. Ümid edirəm ki, Şuşa Bəyannaməsi iki qardaş ölkənin birgə uğurlarında öz sözünü deyəcək".
A.Məmmədovun sözlərinə görə Şuşa bəyannaməsi tarixi sənəddir: Bu sənəddə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir və Heydər Əliyevin“Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”; kəlamları öz əksini tapıb: “Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaq”.
Millət vəkili bu bəyannaməni milli təhlükəsizliyimizin etibarlı təminatçılarından biri hesab edir: “Artıq, bütün dünya bilir ki, Azərbaycanla Türkiyə, hər hansı birinin milli təhlükəsizliyinə yönələ biləcək hansısa təhdidi birbaşa özlərinə qarşı təhdid kimi görəcəklər və buna qarşı birliklə lazımi addımlar atılacaq”.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar