Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

İranda yoxa çıxan tələbənin anası: “Yaxın günlərdə...”

Tarix: 02-05-2023 15:52     Baxış: 4245 A- / A+


İranda yoxa çıxan tələbənin anası: “Yaxın günlərdə...”

"Ürəyimə damıb ki, yaxın günlərdə Fəriddən xəbər alacam". 
Manevr.az xəbər verir ki, bu sözləri cebhe.info-ya açıqlamasında iki aya yaxındır İrana səfər edən və barəsində heç bir məlumat olmayan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib. Almaniyanın Yena Universiteinin məzunu Fərid Səfərlinin anası Fəridin axtarışları ilə bağlı heç bir yeniliyin olmadığını bildirib: 
"Heç bir yenilik yoxdur. Amma Fərid gedəndən yuxuma girmirdi, 2-3 öncə oğlumu yuxuda görmüşəm. Ürəyimə damıb ki, yaxın günlərdə Fəriddən xəbər alacağam". 
Xatırladaq ki, bu il Almaniyanın Yena Universitetində magistr təhsilini başa vuran Fərid Səfərli fevral ayının 20-si Almaniyadan İrana gedib. Bundan öncə Dilarə Əsgərova saytımıza açıqlamasında bildirib ki, bir müddət əvvəl Fərid Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir xanımla tanış olub. Fərid Səfərli İrana tanış olduğu qızla görüş üçün gedib. Lakin martın 4-dən ondan heç bir məlumat almaq mümkün olmayıb. Anası Dilarə Əsgərova oğlunu Almaniyada, İranda axtarıb. İranın Almaniyadakı səfirliyinə müraciət edib. 
İranda oğlunun tanış olduğu qız haqqında heç bir məlumat ala bilməyən ana vəkil vasitəsilə İranın hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət ünvanlayıb. Ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub. Bundan sonra Fərid Səfərli barədə hər hansı məlumat almaq mümkün olmayıb. Azərbaycan Xarici İşlər Nazirliyi Fərid Səfərli ilə bağlı İranın Azərbaycandakı səfirliyinə martın 9-da nota ünvanlayıb. Nazirliyin notasına hələ cavab verilməyib. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar