Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan Təhlükəsizlik Şurasının katibi: “Qarabağ problemi həll edilmədən sülh müqaviləsi bağlana bilməz”

Tarix: 15-11-2022 07:28     Baxış: 3193 A- / A+
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan əsassız yerə Azərbaycanı vəziyyəti gərginləşdirməkdə suçlayıb.

Bu barədə o, yerli “civilnet” saytına müsahibəsində bildirib. Ermənistan rəsmisinin iddiasına görə, Azərbaycan Müdafiə Nazirliyinin “atəşkəs rejiminin pozulması” ilə bağlı yaydığı xəbərlər vəziyyəti gərginləşdirməyə, daha sonra isə hərbi əməliyyatların həyata keçirilməsinə yönəlib.

Armen Qriqoryanın bir sonrakı fikirlərində Ermənistanın “sülh prosesi” adı altında nəyi nəzərdə tutduğu ortaya çıxır: “Azərbaycan vəziyyəti nə qədər gərginləşdirərsə, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin müzakirəsi və bunun beynəlxalq mexanizmin yaradılması bir o qədər aktuallaşır”.

A.Qriqoryan, Azərbaycanın sülh müqaviləsinin 5 bəndini, sonra daha ətraflı mətni təqdim etdiyini xatırladıb.

“Biz bu mətn üzərində işlədik, ona çərçivə sazişi formasını verdik və onun əsasında noyabrın 7-də Vaşinqtonda xarici işlər nazirlərinin görüşü keçirildi. Bu mətn məncə, əhatəlidir və Ermənistanla Azərbaycan arasında mövcud olan problemləri həll edə bilər. Sülh prosesinin çərçivəsi, bununla əlaqədar məsələlər, çalışacağımız istiqamətlər getdikcə daha dəqiqləşir”,-deyə o, bildirib.

Rusiyanın təkliflərinin etibarlı olub-olmaması ilə bağlı suala Armen Qriqoryan belə cavab verib:

 “Ermənistan bu təkliflərin Soçi bəyanatında göstərilməli olmasında israr etdi, lakin onlar yekun mətndə qeyd olunmadı. Gəlin işləməyə davam edək. Ümumiyyətlə, bu təkliflər hazırkı dövrdəki proseslərlə uzlaşır. Qlobal miqyasda bu mətnlər bir-birinə bağlıdır” .

Qriqoryanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında 4 böyük mövzu var ki, onlar da öz növbəsində alt mövzulara bölünür:

 “Birincisi, humanitar məsələlər, bütün əsirlərin tezliklə azad edilməsi, ikincisi, nəqliyyat yollarının açılması, daha sonra delimitasiya, sərhədlərin təhlükəsizliyi və Dağlıq Qarabağ probleminin həlli üzrə komissiyaların işidir. Təbii ki, danışıqlarda Qarabağ məsələsi müzakirə olunur, biz irəliləyişlə bağlı mümkün həll yollarını axtarırıq. Məsələni gələcəyə buraxmaq, ya da Dağlıq Qarabağla Azərbaycan arasında hüquq və təhlükəsizliyin müzakirəsi üçün beynəlxalq mexanizm yaratmaq variantı var. Dağlıq Qarabağ problemini həll etmədən, heç olmasa Qarabağ probleminin necə həll olunacağına aydınlıq gətirmədən sülh müqaviləsi bağlamaq mümkün deyil. Qarabağ problemindən yan keçmək mümkün deyil, bu, bütün iclaslarda müzakirə olunur, gündəmdədir”.

ErmənistanTəhlükəsizlik Şurasının katibinin sözlərinə görə, hazırda Qarabağ məsələsini sülh müqaviləsi prosesindən necə ayırmaq barədə müzakirələr gedir.

“Çünki uzun müddətdir ki, Qarabağ probleminin sülh sazişinin tərkib hissəsi kimi, prosesin bir hissəsi kimi həlli yolu tapılmayıb. İndi biz mövzuları hüdudlandırmağa çalışırıq, lakin bunun üçün zəmanətlər lazımdır. Zəmanət olmadan bunu sülh müqaviləsində əks etdirməmək mümkün deyil”, - deyə Qriqoryan bildirib. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar