Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Mübariz Mənsimov Vətən müharibəsi şəhidi, kapitan Əsəd Həsənova həsr olunan “Vəsiyyət” sənədli filmindən danışıb

Tarix: 07-11-2022 19:11     Baxış: 4360 A- / A+
Mübariz Mənsimov

“Palmali Holding”in rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov Vətən müharibəsi şəhidi, kapitan Əsəd Həsənova həsr olunan “Vəsiyyət” sənədli filmindən danışıb.
Mübariz Mənsimov bildirib ki, bu cür filmlərin çəkilməsi çox vacibdir. O, şəhidlərimizin xatirəsinin əbədi yaşaması üçün bu cür addımları müsbət dəyərləndirib:
“Azərbaycan dövləti hər zaman şəhid ailələrinin yanındadır, onlara qayğısını əsirgəmir. Dövlət şəhidlərimizin əziz xatirələrinin əbədi yaşadılması üçün bütün işləri görür. Amma bu, yalnız dövlətin deyil, eyni zamanda, istər iş adamlarının, istərsə də, sıravi Azərbaycan vətəndaşların vəzifə borcudur. Bizim şəhidlər hər zaman yaşayacaq, çünki onları hər kəs yaşadacaq və unutdurmayacaq. 
Azərbaycan Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin bir əsgəri olaraq rəhbərlik etdiyim “Palmali Holding” bu yöndə üzərinə düşən bütün addımları atır və atmaqda davam edir. Şəhidlərimizin xatirəsini əziz tutmaq naminə bundan sonra da əlimizdən gələni edəcəyik və yeni-yeni layihələrə imza atacağıq”, deyə M. Mənsimov qeyd edib.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar