Xəbər lenti
Fransa Azərbaycana sanksiya tətbiq edə bilər: Bakının cavabı nə olacaq?
Xəbər verdiyimiz kimi, Fransa Senatı noyabrın 15-də Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qətnamə layihəsini müzakirəyə çıxaracaq. 6 senatorun hazırladığı sənəd Bakıya təzyiq xarakteri daşıyır. Aydın məsələdir ki, belə bir layihənin gündəmə gəlməsi Fransadakı erməni diasporunun işidir. Paris isə bu hərəkətilə işğal siyasəti yeridən bir ölkənin yanında olduğunu ortaya qoyur.
Fransa Senatı Bakıya qarşı konkret hansı sanksiyaları tətbiq edə bilər?
Manevr.az-ın məlumatına görə politoloq Natiq Miri Qaynarinfo-ya açıqlamasında bildirib ki, Fransa Senatının embarqo siyasəti Azərbaycana enerji daşıyıcıları ilə bağlı ola bilər:
"Fransa Senatının istənilən qətnaməsi Azərbaycan üçün heç bir əhəmiyət kəsb etmir. Çünki Senatın qərarına baxmayaraq, Fransa hökumətinin bu istiqamətdə addım atacağı gözlənilmir. Bir neçə il əvvəl Senat tərəfindən qondarma rejimi tanıyacaq qətnamə də qəbul olunmuşdu. Ancaq Fransa hökuməti beynəlxalq hüquqa əsasən ondan imtina etməli oldu. Belə məsələlərdə hökumət qanunverici orqanla müqayisədə daha məsuliyyətli davranır. Konkret Fransa Senatının tətbiq edəcəyi sanksiyalara gəlincə, bu embarqo siyasəti Azərbaycanın enerji daşıyıcıları ilə bağlı ola bilər. İrəvan bəyan edib ki, Avropa Birliyinin enerji daşyıcılarına ehtiyac yarandığından Azərbaycanı müdafiə edir. Bu yöndə Fransa Prezidenti Emmanuel Makron da açıqlama verərək, ölkəsinin Azərbaycan qazına ehtiyacının olmadığını söyləyib”.
Ekspert qeyd edir ki, Senatın Azərbaycana qarşı qəbul edəcəyi qətnaməni digər Avropa Birliyi ölkələri özləri üçün məqbul hesab etməyəcək:
"Fransa Senatı həmin qətnamə ilə bütün Avropa Birliyini guya Azərbaycanın Ermənistana qarşı işğalçılıq siyasəti yürütdüyü və ermənilərin hüquqlarını pozduğuna görə, ölkəmizin enerji daşıyıcılarından tamamilə imtina etməyə çağıracaq. Ancaq onların bu "istəyi” real deyil. Rusiya Avropaya qaz verilişini kəsib. Qarşıdan qış ayları gəlir və bütün Avropa donmaq üzrədir. Belə olan halda, Azərbaycanın Avropaya verdiyi qaz onun ehtiyaclarının təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Ona görə də Fransa Senatının canfəşanlığına baxmayaraq, Paris bu məsələdə AB daxilində fikir birliyinə nail ola bilməyəcək. Bolqarıstan, İtaliya, Yunanıstan və digərləri Fransa Senatının qəbul edəcəyi qətnaməni rahat şəkildə göz ardı edəcəklər”.
Həmsöhbətimiz düşünür ki, Fransa Senatı sözügedən istiqamətdə Azərbaycan əleyhinə qətnamə qəbul etsə də, onun reallaşması mümkün olmayacaq:
"Bu sadəcə ermənilərin könlünü almağa hesablanmış müvəqqəti addımdır və heç də ermənilərin yarasına məlhəm qoymayacaqlar”.
Digər tərəfdən, Natiq Miri Senatın bu istiqamətdə qəbul edəcəyi qərara cavab olaraq Azərbaycan da "Total” şirkətinin ölkəmizdəki fəaliyyətinə "stop” qoya bilər:
"Abşeron yatağının istismarında Fransanın "Total” şirkəti də 50 faiz payla iştirak edir. Fransa Senatı tərəfindən Azərbaycan əleyhinə yönəlik qətnamə çıxarılacaqsa, "Total”ın ölkəmizdə nə işi var? Belə vəziyyətdə dərhal "Total” şirkətilə münasibətlər sistemi də müzakirə predmeti olunmalı və onunla bağlanan müqavilə ləğv olunmalıdır”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar