Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Hər kəs işinin başındadır” - Nazirlikdən saxlanıldığı deyilən vəzifəli şəxslərlə bağlı AÇIQLAMA

Tarix: 03-11-2022 12:51     Baxış: 4271 A- / A+
“Hər kəs işinin başındadır” - Nazirlikdən saxlanıldığı deyilən vəzifəli şəxslərlə bağlı AÇIQLAMA
Noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdiyi bildirilib. Əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov və Protokol Şöbəsinin rəisi Kamil Rzayevin saxlanıldığı söylənilir.
 
Qeyd edək ki, məsələ ilə bağlı hər iki qurumun rəsmi açıqlaması yoxdur.
 
Mediada gedən məlumatlara görə saxlanıldığı bildirilən nazir müavini Elnur Əliyev hazırda vəzifəsini icra edir.
 
Manevr.az xəbər verir ki, Bizim Media məsələni dəqiqləşdirmək üçün Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayıb. Qurum rəsmisi Nuridə Allahyarova nazir müavininin işinin başında olduğunu təsdiqləyib:
“Nazir müavini niyə işə çıxmamalıdır ki? Bir dövlət qurumunun digər dövlət qurumunda hər hansı bir əməliyyat aparması qanunvericilik və səlahiyyətləri çərçivəsində ixtiyarı var. Burada heç bir qeyri-adi hal yoxdur. Əməliyyat aparıldığı ehtimal və iddia olunan qurum tərəfindən rəsmi açıqlama yoxdursa, nazir müavinin işə çıxmaması hansı halda sual oluna bilər?”
 
Nazirliyin elə həmin gün saxlandığı bildirilən Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov və Protokol Şöbəsinin rəisi Kamil Rzayevə gəlincə, Nuridə Allahyarova adlarıçəkilən şəxslərin də iş başında olduğunu bildirib:
 
“İşinin başında olmalı hər kəs işinin başındadır”, - deyə qurum rəsmisi qeyd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar