Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyada azərbaycanlı qadın "rusofobiya" maddəsi 6 illik həbs edilə bilər...- Rəsmi

Tarix: 06-07-2022 21:51     Baxış: 4284 A- / A+
Rusiyada azərbaycanlı qadın "rusofobiya" maddəsi 6 illik həbs edilə bilər...-RƏSMİ
Rəsmən üzr istəsə də, məhkəmə yenə də barəsində cinayət işi qaldırıb...

Ümid edirik ki, Azərbaycanın Rusiyadakı səfirliyi tezliklə məsələyə müdaxilə edib soydaşımızın hüquqlarının qorunmasını təmin edəcək...

Rusiya Federasiyası Xantı-Mansi muxtar dairəsinin Surqut şəhər məhkəməsi məişət münaqişəsi zamanı guya rusları açıq şəkildə təhqir etdiyinə görə qalmaqalın mərkəzində olan Azərbaycan mənşəli Surqut sakini Raya Məmmədova barəsində həbs-qətimkan tədbiri seçib.

Manevr.az moderator.az-a istinadən xəbər verir ki,  məhkəmə qərarına əsasən, qadın məhkəmə prosesinin sonunu azadlıqda gözləyəcək, lakin onun üçün müəyyən hərəkətlər - internet və rabitə vasitələrindən istifadə qadağandır. Həmçinin o, iş üzrə şahidlərlə də əlaqə saxlaya bilməz.

Əvvəlcə media R.Məmmədovanın inzibati məsuliyyətə cəlb ediləcəyini yazsa da, ibtidai istintaq-yoxlama mərhələsində olay cinayət işi kimi tövsif edilib. Üç uşaq anası "nifrət və ya düşmənçiliyin qızışdırılması, habelə milli mənsubiyyətə görə insan ləyaqətinin alçaldılması" maddəsi ilə ittiham olunur. Günahı sübuta yetirilərsə, o, 6 ilə qədər həbs cəzasına məhkum edilə bilər.

Öncə Rusiya saytları xəbər verib ki, bina sakinlərindən biri R. Məmmədovanın övladları ilə birgə binanın girişində özünü pis aparması və lifti zədələməsini təsvir edən video paylaşıb. Qadın paylaşmaya kəskin reaksiya verib və kişini və onunla birlikdə bütün rus xalqını təhqir etməyə başlayıb. Guya onun tərəfindən təhdidlər də səslənib. Qadının əri üzrxahlıq etdiyi video-müraciət yayıb. Məmmədova özü də belə edib. O, surqutlulardan rəsmən üzr istəyib. Lakin onun peşmançılıq sözləri nə Surqut sakinlərini, nə də internet istifadəçilərini razı salmayıb. Məmmədova rusofobiyada ittiham edilib və ona tarixi vətəninə qayıtmaq təklif olunub.

Xantı-Mansi muxtar dairəsinin vitse-qubernatoru Aleksey Şipilov öz teleqram-kanalında bildirib ki, Raya Məmmədova yəqin ki, "övladlarını çoxmillətli Rusiya xalqına nifrət ruhunda tərbiyə edir".

Müsəlman müftiliyi və Azərbaycan diasporu da qadının əməlini kəskin şəkildə pisləyib. Lakin bununla belə, Surqutun Azərbaycan diasporu Rusiya vətəndaşları və rəsmilərini özbaşına mühakimədən çəkinməyə çağırıblar. İcma nümayəndəsi Raya Məmmədovaya hüquqi yardım və psixoloq xidməti vəd edib.

Ümid edirik ki, Azərbaycanın Rusiyadakı səfirliyi tezliklə məsələyə müdaxilə edib soydaşımızın hüquqlarının qorunmasını təmin edəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar