Xəbər lenti
Məmurların illərdir mane olduğu qanun layihəsi MM-də: “Gələn sessiya qəbul ediləcək”
Artıq Rəqabət Məcəlləsinin layihəsi Nazirlər Kabinetinə təqdim edilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hazırlanan Məcəllənin layihəsi müvafiq dövlət qurumlarının müsbət rəyi alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə göndərilib.
Rəqabət Məcəlləsi 2006-cı ildə Prezident tərəfindən Milli Məclisə təqdim edilib. Qanun layihəsi 2 oxunuşdan keçsə də, 3-cü oxunuşa çıxarılmayıb. 16 ildən sonra yenidən hazırlanan Məcəllənin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir.
Bu dəfə də qanunun qəbuluna maneələr ola bilərmi? Qanunun əhəmiyyəti nədən ibarətdir?
Manevr.az bildirir ki, məsələ ilə bağlı bakupost.az-a millət vəkili Vahid Əhmədov açıqlama verib.
V. Əhmədov bildirib ki, Rəqabət Məcəlləsi növbəti sessiyada qəbul ediləcək:
“Rəqabət Məcəlləsi ciddi bir məcəllə və qanun layihəsidir. Qanun layihəsi ilə tanış olmuşam, çox mükəmməldir. Maliyə Nazirliyi, Ədliyyə Nazirliyi ilə razılaşdırılıb, Nazirlər Kabinetinə verilib.
Daha sonra Cənab Prezidentin imzası ilə Milli Məclisə daxil olacaq. Biz bu sessiyada yox, yəqin ki gələn sessiyada, bunu qəbul edəcəyik. İndiki şəraitdə, xüsusilə monopoliyanın, inhisarçılığın qarşını almaq üçün vacib məcəllədir. Həm də bu, qiymət siyasətinə öz təsirini göstərəcək. Əgər bazarda inhisarçılıq olmayacaqsa, azad rəqabət bərqərar olacaqsa, həm sahibkarların fəaliyyətinə, həm də qiymətlərə öz müsbət təsirini göstərəcək. Demirəm ki, bu məcəllə qəbul olunandan sonra bütün məsələlər həll olunacaq. Amma Azərbaycanın daxili bazarında sahibkarlar üçün şərait yaradılması üçün bu məcəllənin böyük əhəmiyyəti olacaq. Bu məcəllənin qəbul olunmasını MM-in iclasında Baş nazirdən xahiş etmişdim. O da çox sağ olsun ki, göstəriş verib və belə bir məcəllə hazırlanıb. Yəqin ki, gələn sessiyada bunu qəbul edəcəyik”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar