Sizin Reklam Burada
Xəbər lenti
02-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bu il özəl məktəblərdə təhsil haqları nə qədər artıb? - Yeni qiymətlər

Tarix: 03-11-2026 10:39     Baxış: 440 A- / A+

Manevr.az xəbər verir ki, Trend-in araşdırmasına görə, 2026–2027-ci tədris ilində özəl məktəblərdə illik təhsil haqları fərqli ?b təşkil edir.
Hədəf Liseyində bu ildən təhsil haqqı filial, tədris dili və proqramdan asılı olaraq 4 000–12 000 manat arasında dəyişir. Qeyd edək ki, ötən tədris ilində Hədəf Liseyində illik təhsil haqları 5 000–9 000 manat arasında dəyişirdi.
LANDAU School-da 2026–2027-ci tədris ili üzrə ibtidai siniflərdə (I–IV) illik təhsil haqqı 9 200 manat təşkil edir. Ötən tədris ilində isə ibtidai siniflər üzrə illik təhsil haqqı 6 300–8 700 manat arasında dəyişib. 2026–2027-ci tədris ili üzrə orta siniflərdə illik təhsil haqqı sinif və tədris proqramından asılı olaraq dəyişir. Belə ki, 5–7-ci siniflərdə illik ödəniş 10 700 manat, 8–9-cu siniflərdə isə 11 500 manat təşkil edir. 10–11-ci siniflər üzrə SAT proqramının təhsil haqqı 11 650 manat, A-Level proqramı üzrə isə 14 400 manatdır. Ötən tədris ilində illik təhsil haqları 7 300–13 600 manat arasında dəyişib.
Xəzər Universiteti Dünya Məktəbində illik təhsil haqqı 2026–2027-ci tədris ili üçün sinif səviyyəsinə və təhsil proqramına görə fərqlənir.
I–IV siniflər (PYP, ingilis bölməsi) – 9 500 manat; V–IX siniflər (MYP, ingilis bölməsi) – 11 000 manat; X–XI siniflər (IB Diplom Proqramı) – məktəbin hazırkı şagirdləri üçün 12 000 manat, digər məktəblərdən gələnlər üçün 14 000 manatdır.
Bakı Oxford Məktəbində 2026–2027-ci tədris ili üzrə illik təhsil haqları məktəbəqədər hazırlıq pilləsində 9 000 manat, ibtidai siniflərdə 17 000–17 500 manat, orta siniflərdə isə 18 000–19 000 manat təşkil edir. Yuxarı siniflərdə təhsil haqqı proqramdan asılı olaraq 17 500–22 700 manat arasında dəyişir. Məktəbəqədər hazırlıq və ibtidai siniflər üzrə qəbul üçün 100 manat müraciət haqqı da nəzərdə tutulub. Ötən tədris ilində məktəbin ibtidai siniflərində illik təhsil haqqı 17 000–17 500 manat, yuxarı siniflərdə isə 17 500–20 500 manat arasında dəyişib.
Kaspi Liseyində illik təhsil haqları filial və bölmədən asılı olaraq 6 000–11 100 manat arasında dəyişir. Qiymətə dərsliklər, gündə üç dəfə qidalanma, bir ödənişsiz dərnək və məktəbli forması daxildir. Ötən tədris ilində lisey də illik təhsil haqları 8 350–9 450 manat arasında dəyişib.
Azərbaycan Britaniya Kollecində məktəbəqədər təhsil 11 000 manat, I–VI siniflər 20 000 manat, VII–XII siniflər 21 000 manat, XIII sinif (A-Level) üzrə isə 22 000 manatdır.
Avropa Azərbaycan Məktəbində illik təhsil haqları sinif səviyyəsindən asılı olaraq 9 000–17 500 manat arasında dəyişir. Məktəbəqədər təhsil 9 000, I–IV siniflər 12 500, V–IX siniflər 14 500, X–XII siniflər isə 17 500 manatdır. Ötən tədris ilində illik təhsil haqları 11 250–16 250 manat olub.
SABIS SUN International School-da 2026–2027-ci tədris ili üzrə illik təhsil haqları sinifdən asılı olaraq 12 206–17 000 manat arasında dəyişir. Ötən tədris ilində illik təhsil haqları 14 400–15 900 manat arasında dəyişib.
Bakı Modern Təhsil Kompleksi I-IV siniflər üzrə illik təhsil haqqı Azərbaycan bölməsi üzrə 13.000 manat, inglis bölməsi üçün 18,000, 9-11 siniflər üzrə təhsil haqqı inglis bölməsi üzrə 17 min manat təşkil edir. Ödənişə gündə 3 dəfə sağlam qidalanma, xarici dil, üzgüçülük, şahmat, gimnastika, rəqs, robototexnika və s. dərnəkləri də aiddir. Ötən il illik təhsil haqqı 12 000 manatdan başlayırdı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar