Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

"İllərlə əlinə əl dəyməyənin, saçından siqaret qoxusu gələr" -ŞEİR

Tarix: 17-03-2021 18:38     Baxış: 2349 A- / A+
"İllərlə əlinə əl dəyməyənin, saçından siqaret qoxusu gələr"
Afət Viləşsoy

Dizi öz başına yastıq olanın

Dizi öz başına yastıq olanın
Bir gün bir çiyinə gümanı olar.
Yaşını aynada sayıb qalanın
Gün gələr, üzünə təbəssüm qonar.

Gözündən ağlayıb üzündən gülər,
Ürəyi ağrıyan ürəkli olar.
Başına çevirib atdığı duzu
Gün gələr, aşına gərəkli olar.

Aydan mədəd uman uzun gecələr
Yuxusu qaçanın yuxusu gələr.
İllərlə əlinə əl dəyməyənin
Saçından siqaret qoxusu gələr.

Dizi öz başına yastıq olanın
Bir gün bir çiyinə gümanı olar.
Yaşını aynada sayıb qalanın
Gün gələr, üzünə təbəssüm qonar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar