Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Yürüyəcək birlikdə böyük Turan ordusu, Qurdbaşlı bayraqlarla varacağıq, Qarabağ"

Tarix: 10-01-2021 14:31     Baxış: 2457 A- / A+
"Yürüyəcək birlikdə böyük Turan ordusu, Qurdbaşlı bayraqlarla varacağıq, Qarabağ"
Kənan Çarboğa

Manevr.az Dəyanət Osmanlının uyğunlaşdırmasında türkiyəli şair Kənan Çarboğanın şeirlərini təqdim edir:

QARABAĞ

Neçə ildir, bizləri gözü yaşlı gözlərsən,
Çox az qaldı, murada yetəcəyik, Qarabağ.
“Ya istiqlal, ya ölüm”, artıq səbrimiz daşdı,
Canımızı bu yolda verəcəyik, Qarabağ.

Yadlar işğal edərkən Türkün qədim elini
Ancaq şeytan susdurar zulmə qarşı dilini.
Bağrına nizə sancan erməninin dölünü,
Yeddi dövlət, bir millət - kəsəcəyik, Qarabağ.

Səf-səf düzüldüyündə əhli-Quran ordusu,
Zaman-zaman zalıma qan qusduran ordusu,
Yürüyəcək birlikdə böyük Turan ordusu,
Qurdbaşlı bayraqlarla varacağıq, Qarabağ.

Göy börülər ən öndə axıdıb qan-tərini,
Sağ buraxmaz dünyada düşməninin birini.
Qollarına bağlanan əsarət zəncirini
Hələ günəş doğmadan qıracağıq, Qarabağ.

Bir cəzası var, əlbət, parçalanan üzlərin,
Ahları yerdə qalmaz dulların, yetimlərin,
Ovulan sinələrin, çıxarılan gözlərin
Hesabını tamamən soracağıq, Qarabağ.

Yeddi dövlət üstünə quduz it saldırarsa,
İtin sonu ölümdür, əğər səni qaparsa,
Bu vəhşətə, bu zülmə yardım edən kim varsa,
Hamsının dəftərini bükəcəyik, Qarabağ.

Taleyimiz dönəcək biz qisasın aldıqça,
Zalımların boynuna alplar qılınc çaldıqça,
Allah şahid olsun ki, Türk milləti olduqca,
Üzərində hilalı görəcəyik, Qarabağ.

2019

QARABAĞA AZADLIQ ÇAĞRIŞI

Ey Türk oğlu, qalx, doğrul, yurdun özgə əldədir,
Niyə susqun durursan, səndəki bu hal nədir?
Türklüyündən utan ki, vətənin işgaldadir!
Baş girləmək boşuna, gözləmək boşa, bu gün,
Azad olsun Qarabağ, hürr olsun Şuşa bu gün.

Bir qudurğan, quduz it toprağını aparmış,
Namusuna əl atmış, ürəyini qoparmış,
Bozqurdların yurdunda qurdun payın qaparmış.
Qurdluğunu xatırla, qan dəysin dişə bu gün,
Azad olsun Qarabağ, hürr olsun Şuşa bu gün.

Oğuz Xanın ordusu boyun əyməz kimsəyə,
Dünya təslim olunca oxu dəyməz kimsəyə,
Biz izin vermədikcə günəş doğmaz kimsəyə.
Qoy əmrimiz yetişsin torpağa, daşa bu gün,
Azad olsun Qarabağ, hürr olsun Şuşa bu gün.

Göy bayrağın altında birləşərək Türk eli,
Bu ayıblı duruma bir anda son verməli,
Türkün dəmir gücünü dünyaya göstərməli.
Ulu Turan ərləri girsin savaşa bu gün,
Azad olsun Qarabağ, hürr olsun Şuşa bu gün.

Əgər layiq olarsan əcdadına, isminə,
Rüzgar belə qorxudan toxunammaz cisminə,
Gözləmədən, dördnalla saldırmalı düşmənə.
Yağıların qalası yıxılıb düşə bu gün,
Azad olsun Qarabağ, hürr olsun Şuşa bu gün.

Bu uğurda ərimiz, xanımız fəda olsun,
Qara yerə tökülsün, qanımız fəda olsun,
Var olsun da Türk yurdu, canımız fəda olsun.
Şəhid olmaq eşqiylə igidlər coşa bu gün,
Azad olsun Qarabağ, hürr olsun Şuşa bu gün.

2020


TÜRKCƏ EŞQİN ELANI

Baxışların doğar Bakı ufüqundən,
Sən olarsan yan-yörəm.
Xəzərdən, Arazdan çox,
“Mən səni çox sevirəm!”

Ufada oyanmaqda səhər,
Ürəyimdə nə dərd, nə qəm.
Ural dağlarında əks-səda verir səsim:
“Min hine yaratam!”

Ocaqlar qurulmuş Nur-Sultanın köksünə,
Yesinin alovları özünə əmin.
Eşqim qanad olmuş şahin quşuna,
“Men seni jaksı köremin!”

Bir Bişkek sabahında gülüşünlə sar,
Məni Tanrı Dağın sinəsinə göm.
Manasçılar söyləyəmməz könlümün dastanını,
“Men seni abdan süyöm!”

Qucaq açdım Daşkəndin rüzgarına,
Səni can içində can tək buluram.
Seyhunla Ceyhunun sardığı kimi,
“Men seni sevaman!”

Saçların Kazanın üz görümlüyü
Saçların bir ilxı, nə ipdir, ne yem…
Mən sənə axaram İdilədən öncə,
“Min sine söyem!”

Cənnət qoxuyar Ahaltəkə atları,
Aşqabadda duygularım çox dərin.
Qaraqum çölü tək bitib-tükənməz,
“Men seni söyyerin!”

Gul mavi rəngə bürünür sənlə,
Gözəl görünürsən mavilikdə sən,
Altay dağlarının boyundan uca…
“Men seni söyimen!”

Alnıma əzəldən yazılıb yazı,
Ürəyimə dəmirdən dağlar döyürəm.
Göy çadırlı, Göy Qurdlu, günəş tuğlu vətənım,
Ben seni çok seviyorum…

GÜRŞADA ÇAĞRI

Yerinden qalx Gürşadım,
Yas bürüsün, yas Çini.
Adınla addım-addım
Bürüməli sis Çini.

Otur doru* aygıra,
Alnı duru aygıra,
Qisas olsun Uygura,
Çin səddində as Çini.

İlğım kimi anidən,
Hesabı sor canidən.
Bu gün yenə, yenidən
Qırx cəsurla bas Çini

Bitir zulmü, sürgünü,
Uzunillik qırgını.
Vur qəlbə mizrağını,
Qılıncınla kəs Çini.

Tut, oxlayıb tut, oncə,
Kor alova at öncə,
Bozqurd kimi ud öncə,
Parça-parça qus Çini.

Yalın qılınc saldır, gəl,
Qəzəbinlə çıldır, gəl,
Bu dünyadan qaldır, gəl,
Bu dünyadan pis Çini.

*Doru ayğır - gövdəsi qızılı, yalnı, quyruğu və ayaqları qara rəngli erkək at.

TÜRKCƏ DUA

Avazımı duy mənim,
Hər şeyi duyan Tanrım!
Mən bir dəli Türkmənəm,
Əhvalım ayan, Tanrım!

Yönəldiyim tək sənsən,
Sən, sonsuzadək sənsən!..
Həqiqətsən, haqq sənsən,
Tərifə şayan* Tanrım!

Sən mənə “Ordum”, dedin,
“Əsgərim”, “Qurdum”, dedin,
“Bir törə qurdum”, dedin,
Törəmi sayan Tanrım!

Söz verdim mən də sənə,
Sənlə getdim hər yana,
Adın yaydım cahana,
Atlı və yayan*, Tanrım!

Yoxsa gün yırtılmalı,
Torpaqla örtülməli,
Yer kimi yarılmalı,
Sözündən cayan, Tanrım!

Bu bir dua, ah sayma,
Duamı günah sayma,
Andımı yerdə qoyma
Adımı qoyan Tanrım!

*Şayan - layiq.

*yayan – (yayaq) yalın ayaq.


TURAN ALQIŞI

Görklü Tanrım, yenidən,
Türkü Türkə varan et.
Rızan üçün yol gedən
Alplarını ərən et.

Oğuz xanın soyları,
Obaları, boyları,
Ötükəndə toyları
Bir adətli törən et.

Nur-Sultan, Bişkek coşa.
Ankara eşqlə qoşa,
Bakı, Daşkənd, Lefkoşa,
Aşqabadı çıran et.

Altay, Başqırd, Yakut var,
Hakas, Tuva, Çuvaş yar,
Qaraçay, Uygur, Balkar,
Vüsalını görən et.

Qaraqalpaq, Göy oğuz,
Qırğız, Qazax - biz çoxuz,
Tatar, Özbək - tək tuğuz
Birliyində duran et.

Ey bizləri ər edən,
“Ordum” deyib, yar edən,
Yeri, göyü var edən,
Sən bizləri Turan et.

BAŞ GEDƏRSƏ, BÖRK* DƏ GEDƏR

Sel coşdurar quru çayı,
Sel önündə arx qalarmı?
İncidərsən göydə Ayı,
Qərb qalarmı, Şərq qalarmı?

Dostu olsa tülükü atın,
Yolun pozar qorxu atın.
Zəncir qıran ilxı atın
Ayağında örk* qalarmı?

Hər ağaçdan xəzan olmaz,
Hər çalgıçı ozan olmaz,
Su altında hozan* olmaz,
Sulu tarla herk* qalarmı?

Törə getsə dil də gedər,
İdil, Dunay, Nil də gedər,
Xan gedərsə, el də gedər,
Baş gedincə börk qalarmı?

Türkcə eşqi bulmadıqca,
Qəlbə ülkü* dolmadıqça,
Türklər Turan olmadıqca
Türk yurdunda Türk qalarmı?

*börk - Qaragül dərisindən papaq.

*örk - örkən.


*hozan –dincə qoyulmuş tarla.

*herk –herik (şumlanmış yer).

*ülkü – amac, məfkurə, ideal.


NURSULTAN NAZARBAYEVƏ

Tuğ qaldır Yesidən Türk ellərinə,
Kölgəsi qoy Marsda görülsün, Xaqan!
Bir oyanış göndər xəyallarına,
Yeni bir Novruza girilsin, Xaqan

Yansın Ərgənəkon odu yenidən,
Ucalsın Türklüyün adı yenidən,
Qopsun düşmənlərin ödü yenidən,
Hesablar yenidən sorulsun, Xaqan!

Duası üstündə Qorqud Dədənin,
İxtiyarı səndə altı qitənin,
Türküstan yurdunun - əziz vətənin
Ərləri əmrində dayansın, Xaqan!

Öncə Oğuz xanın buyruğu gəlsin,
Gürşad qırx igidlə yerini alsın,
Manasat çaparaq meydana varsın -
Səsiylə bozqurdlar oyansın, Xaqan!

Əli Şirin könlündəki yarayla,
Məhtimqulu günəş yaxsın çırayla,
Qoç Koroğlu gərdiş etsin nərəylə,
Atların dörd yana sürülsün, Xaqan!

Özbək, Türkmən, Qırğız, Qazax bozqurdu,
Göy bayrağın kölgəsinə diz vurdu.
Yumruq kimi birləşməli Türk yurdu,
Qardaşlar qardaşa sarılsın, Xaqan!

Sarsın ülkü bağı, sarsın eşq bağı,
Bu eşqlə şənlənsin o Tanrı Dağı,
Göyüzü üstündə Türkün otağı,
Əl-ələ verilib qurulsun, Xaqan!


*Müəllifin istəyi ilə şeirlərdəki bəzi söz və ifadələr orijinalda olduğu kimi saxlanılıb

Qısa tanıtma: Kənan ÇARBOĞA Sivasda (Türkiyə) anadan olub. Orta məktəbi Sivasda, liseyi Kayseridə bitirib. Bolu Abant İzzət Baysal Üniversitetində bakalavr, Sivas Cümhuriyyət Üniversitetində magistr təhsili alıb. Milli TəhsilNazirliyi tərəfindən müəllim, məktəb müdiri, şöbə müdiri olaraq görəvləndirilib. Bir çox universitetlərdə Türk dili, Türk Birliyği, Dədə Qorqud və ədəbiyyat mövzularında konfransların təşkilatçısı olub. O, televiziya və radio proqlamlarında vaxtaşırı çıxış edir, ölkəsində və xaricdə nəşr olunan dərgilərdə yazıları çap olunur. Kültür, sənət, təhsillə ilgili beynəlxalq tədbirlərdə Türkiyəni təmsil etmiş, milli və uluslararası şeir şölənlərində iştirak edib. Hazırda Sivas Cümhuriyyət Universitetində akademisyen-müəllim işləyən şair həm də “Yeni Düşüncə” dərgisi Rredaksiya Heyətinin üzvü, fəal QHT təmsilçisidir. Türk dünyasında milli ruhlu şeirləri və tərcümələri, türk ədəbiyyatının təbliği sahəsində xidmətləri ilə yaxşı tanınan Kənan Çarboğa Türkiyə Mədəniyyət Nazirliyinin Bilgi ve Bəlgə Mərkəzində Qeyri-maddi mədəni irsin daşıyıcısı kimi qeydiyyata alınaraq xalq şairi ünvanı qazanıb. Onun “Turan Aşkı” kitabı 2020-ci ildə Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub.

Kitabları:

· Süt Rengi Düşler (2006, Ankara)

· Az Kaldı (2008, Ankara)

· İpek Yolunun İncisi (Komisyon, 2012)

· Korkutname-Beş Boy(2015, Ankara)

· Muştu (2015, Ankara)

· Şiir Dilinde Nasreddin Hoca Hikâyeleri (2016, Ankara)

· Çocuklar Çiçek Açtı (2016, Ankara)

· Ya Kıyam Et Ya Kıyamet (2017, Ankara)

· Geleneksel Türk Zekâ Oyunları Öğretimi (2017, Ankara)

· Turan Aşkı (2020, Bakü)

· Samed Vurgun’dan Seçme Şiirler (Ankara, 2020)

· Korkutname(Ankara, 2020)

Türk Dünyasından uyğunlaşdırmaları:

1. Qırgızıstan:

· Alikul Osmanov

· Kojogeldi Kultegin (Kuluyev)

2. Qazaxıstan:

· Jambıl Jabayev

· Olcas Süleymanov

· Abay Kunanbayev

· Mukağali Makatayev

3. Azərbaycan:

· Hidayət Orucov

· Cəfər Cabbarlı

· Mikayıl Müşfiq

· Səməd Vurğun

· Əhməd Cavad

· Dəyanət Osmanlı

4. Başqırdıstan:

· Mustay Kerim



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar