Xəbər lenti
Elza Dəniz Nurun və Elmira Abdurahmanqızının şeir kitablarının "imza günü" keçirilib

Birliyin sədr müavini Mirhəsən Ağayein təşkilatçısı ilə açıq havada keçirilən tədbiri şair, şəhid atası Cəlil Xeyirbəy aparırdı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, o, hər iki müəllifin həyat və yaradıcılığından geniş bəhs etdi, sözü tədbir iştirakçılarına verdi.
"Qəbələnin səsi" Ədəbi Birliyinin rəhbəri Şəhla Xəlilqızı yeni kitabları çap olunan müəllifləri təbrik etdi, Qəbələ ədəbi mühitində onların xüsusi yeri olduğunu vurğuladı.
İmza günündə "Qəbələnin Səsi" Ədəbi Birliyinin üzvləri, şairlərin dostları, yaxınları ilə yanaşı, Azərbaycan Jurnalistlər Birliyi Kəlbəcər bölməsinin sədri Namiq Dəlidağlı, AYB-nin Qəbələ, Oğuz, İsmayıllı bölməsinin rəhbəri Vüsal Oğuz, AYB-nin Ağdaş bölməsinin rəhbəri Fəxrəddin Əsəd, şairlərdən Yusif Rza, Zaur Ağdaşlı və digərləri qonaq qismində iştirak edirdilər.
Tədbir boyu həm yerli qələm sahibləri, həm də qonaqlar imza günü keçirilən müəlliflərin şeirlərindən nümunələr səsləndirdilər, onlara yaradıcılıq uğurları dilədilər.
Sonda Elza Dəniz Nur və Elmira Abdurahmanqızı oxucuları üçün kitablarını imzaladılar, iştirakçılara və təşkilatçılara minnətdarlıqlarını bildirdilər, yeni şeirlərini oxudular.
Nigar Nəriman
Manevr.az























Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar