Xəbər lenti
İraq parlamentində deputatlar dalaşdı, spiker xəstəxanalıq oldu
İraqda oktyabrda keçirilən son parlament seçkilərindən sonra Nümayəndələr Şurasının ilk iclası deputatlar arasında münaqişənin baş verməsi və spikerin gözlənilmədən xəstəxanaya yerləşdirilməsi səbəbindən təxirə salınıb.
Məlumata görə, ən yaşlı deputat Mahmud əl-Məşhədaninin sədrliyi ilə keçirilən parlamentin iclası son dərəcə gərgin şəraitdə başlayıb. Nüfuzlu İmam Müqtəda əs-Sədrin şiə bloku ilə Şiə Koordinasiya Birliyi arasında hansının ən böyük fraksiya olması ilə bağlı mübahisə kəskin münaqişəyə çevrilib.
Belə bir vəziyyətdə 73 yaşlı əl-Məşhədani özünü pis hiss edib. Parlamentə təcili yardım çağırılıb və o, xəstəxanaya aparılıb. Siyasətçinin səhhəti hazırda stabilləşib. Ağsaqqal deputat xəstəxanaya yerləşdirildikdən sonra ikinci ən yaşlı millət vəkili iclası keçirməkdən imtina edib və növbəti məsləhətləşmələr üçün toplantı təxirə salınıb.
Qeyd edək ki, sünni Mahmud əl-Məşhədani artıq 2006-2009-cu illərdə İraq parlamentinə rəhbərlik edib. İlk iclasda siyasi fraksiyaların əksəriyyəti parlamentin əvvəlki çağırışına sədrlik etmiş Məhəmməd əl-Halbusinin yeni müddətə spiker kimi irəli sürülməsini dəstəkləyib. oxu.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar